Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Türkiyənin terrorla mübarizəsi Avropa İttifaqını narahat edir

Dekabr 25
16:41 2015

Aİ terror təşkilatına qarşı əməliyyatların dayandırılması üçün Türkiyəyə müraciət edib.

Hollandiyanın anamüxalifətçi Xristian Demokrat Partiyası (CDA) Türkiyədə PKK terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatları parlamentdə müzakirəyə çıxarıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, CDA millət vəkili Piter Omtziqt bu əməliyyatlar səbəbindən Avropa İttifaqından (Aİ) Türkiyəyə göstərilən maddi yardımın dayandırılmasını təklif edib.

Omtziqtin təklifi parlamentdəki 7 partiya tərəfindən dəstəklənib. Həmçinin Liberal Sağ Partiya (VVD), Fəhlə Partiyası (PvdA) və Azadlıq Partiyası (PVV) Türkiyənin Aİ-yə üzvlüyü müzakirələri çərçivəsində islahatlar üçün aldığı yardımların təyinatına uyğun xərclənmədiyini iddia ediblər.

Parlamentin əksəriyyəti tərəfindən dəstəklənən təklif Xarici İşlər Nazirliyi və Aİ komissiyası tərəfindən də qəbul edilib. Həmçinin Hollandiya hökuməti parlamentdən Aİ nəzdində məsələ qaldırmasını da tələb edib.

Avropa İttifaqının Xarici İşlər komissarı Federika Mogerininin sözçüsü isə terror təşkilatına qarşı əməliyyatların dayandırılması üçün Türkiyəyə müraciət edib. Aİ nümayəndəsi “sülh prosesi”nin yenidən başladılması təşəbbüsünə də dəstək verəcəklərini açıqlayıb.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Digər xəbərlər