Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tvitter sosial şəbəkəsi 125 min şəxsi hesabı bağladı

Fevral 06
16:40 2016

Tvitter sosial şəbəkəsi ötən ilin altı ayı ərzdinə 125 min şəxsi hesabı terrorçuluğa təşviq etdiyi üçün bağladığını elan edib. Ləğv edilən hesabların əksəriyyətinin İŞİD xəvaric terror qruplaşması ilə əlaqəli olduğu deyilir.
Tvitterin bu qərarı Feysbuk kimi bir çox texnologiya şirkətlərinin qərarından sonra icra edilmişdir. Belə ki, böyük texnologiya şirkətləri terrorçuluğa zəmin yaradan səhifələrə qarşı nəzarətin gücləndirilməsinə dair qərar veriblər.
İraq və Suriyanın bir çox ərazilərinə nəzarət edən İŞİD xəvaric terror qruplaşması 300 milyon insanın əhatəsindən öz sıralarına döyüşçü cəlb etmək üçün sosial şəbəkələrdən aktiv istifadə edir.

Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”

Digər xəbərlər