Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ufada “Muslim city” tikiləcək

Sentyabr 08
16:48 2014

“Sələf Xəbər” islam-today.ru istinadən xəbər verir ki, Başqırdıstanın müftiliyi “Muslim city” adlı developer layihəsi üzərində işə başlayıb.

Müsəlmanların idarəsi Ufa şəhərində 20 hektar torpaq sahəsinin planlaşdırılması və mərzləşdirilməsi (torpaq sərhədlərinin sahələrinin dəqiq müəyyənləşdirilməsi) üzrə işlərin görülməsinə icazə alıb.

Meydançada hazırlıq işləri 1,5 il ərzində başa çatdırılacaq. Müsəlman şəhərciyində islam biznes və istirahət mərkəzinin inşasını nəzərdə tutur.

Kompleksin inzibati-ofis binaları, mehmanxanalar, islam dininin qanunlarına uyğun olaraq işləyən apart-mehmanxanalar, ailəvi kafe və restoranlar, ticarət mərkəzi, ailəvi istirahət üçün infrastrukturlar, park zonalarını daxil edəcəyi məlumdur.

Digər xəbərlər