UNİCEF: Dünyada yaranan su qıtlığı 600 milyon uşağı ciddi təhlükə qarşısında qoyub
1. 116 dəfə baxılıb
Su mənbələrinin sürətlə azalması səbəbindən 2040-cı ilə qədər dünyada hər 4 uşaqdan biri, yəni 600 milyon uşaq ölümlə üz-üzə qalacaq və ya xəstəlik risqi daşıyacaq.
Selefxeber.az-ın məlumatına görə, “Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondu (UNİCEF) açıqlayıb.
Təşkilat iqlim dəyişiklikləri, gedərək artan quraqlıqlar və dünyanın bir çox yerində baş verən münaqişələr səbəbindən su qaynaqlarının sürətlə tükənməsinin uşaqlara göstərəcəyi mənfi təsirə dair hesabat hazırlayıb.
Sənəddə deyilir ki, hər il suya olan təlabatın artmasının əksinə olaraq su qaynaqlarının azaldığı dünyada 36 ölkə son dərəcə ciddi su sıxıntısı yaşayır: “Dünyada hər gün 5 yaşına çatmayan 800-dən çox uşaq təmizlik qaydalarına əməl edilməməsi səbəbindən ishal olur və dünyasını dəyişir”.
Hesabata görə, quraqlıq bölgələrdə bir çox uşaq saatlarla təmiz içməli su tapmağa çalışdığı üçün məktəbə gedə bilmirlər. Qız uşaqları isə su axtarışları zamanı hücumlara məruz qalırlar.
UNİCEF-in araşdırmaları nəticəsində məlum olub ki, quraqlıqla əlaqədar olaraq qıtlığın höküm sürdüyü Somali, Cənubi Sudan, Nigeriya ilə münaqişələrin yaşandığı Yəməndə 1,4 milyon uşaq kifayət qədər qidalana bilmədiyindən onlar ölüm risqi daşıyır. Hesabata əsasən, Efiyopiyada isə 9 milyondan çox insanın bu il təmiz su əldə etməsində çətinliklər yaşanacaq.
Sənəddə qeyd olunub ki, 2050-ci ildə dünya əhalisinin yarısının təmiz su mənbələrinə kifayət qədər çıxışı olmayacaq.