Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Uydurma “erməni soyqırımını” bu ölkə də tanıdı

Oktyabr 31
16:34 2015

Ölkə parlamentinin üst qanadı olan Senat 1915-ci il hadisələrini soyqırım olaraq qəbul edib.

“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, uydurma “erməni soyqırımını” rəsmi tanıyan ölkələr arasına Paraqvay (Paraguay) da daxil olub.

Ölkə parlamentinin üst qanadı olan Senat 1915-ci il hadisələrini soyqırım olaraq qəbul edib.

“Paraqvay Respublikası Senatı, Osmanlı İmperatorluğu tərəfindən 1915-1923 illər arasında reallaşdırılan Erməni Soyqırımını rəsmi olaraq tanıyır”, – deyə parlamentin bəyanatında qeyd olunur.

Press Armenianın xəbərinə görə, Latın Amerikası ölkələrindən başqa, 51 əyalətdən ibarət ABŞ-ın 43 ştatı da “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər