Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Vaşinqton İŞİD-ə qarşı mübarizəyə gündə 8.3 milyon dollar xərcləyir

Oktyabr 29
16:05 2014

“Sələf Xəbər”-in Alarabiya-ya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin bu günlərdə verdiyi bəyanatda Amerikanın İŞİD terror xəvaric qruplaşmasına qarşı apardığı mübarizədə xərcləri artıb.

Belə ki, Birləşmiş Ştatlar Suriya və İraqdakeçirdiyi hava hücumlarına dövlət büdcəsindən gündəlik 8,3 milyon dollar xərcləyir.

ABŞ Müdafiə Nazirliyinin adından çıxış edən Bil Orban bildirib ki, ABŞ-ın avqustun 8-dən İraqda, daha sonra isə Suriyada İŞİD terror xəvaric qruplaşmasının silahlılarına qarşı başlatdığı hava hücumlarına xərclədiyi məbləğin cəmi 580 milyon dollara çatıb. Bu rəqəm əvvəllər Pentaqonun açıqladığından da artıqdır.

Bundan öncə hərbi əməliyyatların gündəlik sərfi 7 milyon dollar təşkil edirdi. Adının çəkilməsini istəməyən nazirliyin məsul nümayəndəsinin dediyinə görə, xərcin artmasında səbəb ABŞ-ın son həftələrdə radikal xəvaric qruplaşmasına qarşı əməliyyatlarını genişləndirməsidir.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz. Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.

Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər