Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Vatikan Fələstini tanıdığını açıqladı

May 14
13:36 2015

Vatikan Fələstin dövlətini tanımağa hazır olduğunu bildirib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Vatikanın yaydığı açıqlamada bildirilir.

Sənəddə vurğulanır ki, Vatikan Fələstin Azadlıq Təşkilatı ilə deyil, məhz Fələstin dövləti ilə rəsmi diplomatik münasibətlərin olmasının tərəfdarıdır.

İsrail hökuməti bununla bağlı təəssüfünü bildirib.

Qeyd edək ki, mayın 16-da Roma Papası Fransisk Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Xatırladaq ki, ötən il Portuqaliya, Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır.

Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah-Təala, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər