Vulkan 30 nəfəri “uddu”
902 dəfə baxılıb
“Sələf Xəbər” Sabah qəzetinə istinadən bildirir ki, Yaponiyada Ontake vulkanı 30 insanın ölümünə səbəb olub. Faciə, Yaponiyanın mərkəzi hissəsində yerləşən Ontake vulkanının oyanması nəticəsində baş verib.
Naqano vilayətinin rəsmi nümayəndələri bildirib ki, təhlükəsizlik xidməti işçiləri vulkanın zirvəsinə yaxın ərazidə 30-dan çox insan cəsədi tapıb. Bir hərbi helikopter isə dağın yamacında qalmış 7 insanın həyatını xilas edib.
Yaponiya Meteorologiya İdarəsi Ontake vulkanının püskürməyə başlaması barədə qabaqcadan xəbərdarlıq yayaraq insanları vulkanın ətrafındakı ərazilərdən uzaqlaşmağa çağırıb. İlkin məlumatlara əsasən, dağın yamaclarında çarəsiz qalmış 250 insandan çoxu özü dağdan enməyə nail olub.
Qeyd edək ki, Yaponiyanın Hönsü adasında, Naqano və Gifu vilayətlərinin sərhədində yerləşən Ontake vulkanının hündürlüyü 3067 metrdir. Ontake vulkanı sonuncu dəfə 2007-ci ildə püskürmüşdü.
“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”
Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə