Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Xilasetmə jiletləri: Suriyalı qaçqınların acınacaqlı durumunu əks etdirən sərgi – FOTO

Sentyabr 20
15:36 2016

Selefxeber.az-ın “İslam Today” saytına istinadən məlumatına görə Londonda şəhər meri Sadiq Xanın razılığı ilə Yaxın Şərq və Afrika ölkələrində siyasi, hərbi və humanitar böhranın səbəb olduğu genişmiqyaslı miqrasiya böhranını əks etdirən aksiya təşkil olunub.

Dövrümüzün ən aktual məsələlərindən birinin həllinin gecikdirilməsinin nələrə səbəb olduğunu siyasətçilərə göstərmək məqsədilə Böyük Britaniya Parlamentinin qarşısındakı meydanda 2500 xilasetmə gödəkçəsi sərgilənib.

Aksiya təşkilatçılarının sözlərinə görə, nümayiş olunan hər xilasetmə gödəkçəsi Avropaya köç edərkən Aralıq dənizində həyatını itirən 3 suriyalı qaçqını simvolizə edir.

Belə ki, miqrasiya böhran zamanı həyatını itirənlərin təxmini sayı 8000-ə yaxınlaşır.

📷

224069-innerresized600-700-3

224071-innerresized600-700-5

224084-innerresized600-700-7

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər