Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Xristian Dövləti” müsəlmanları məhv etməklə hədələdi

Noyabr 24
18:50 2015

“Məktub ciddi qrammatik səhvlərlə yazılsa da onun məzmunu qorxuncdur”.

Belçikanın paytaxtı Brüssel şəhərinin Molenbek kommunasındakı əsas məscidlərdən birinin rəhbərinin ünvanına hədə-qorxu dolu məktub göndərilib.

“Sələf Xəbər” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə RTBF teleradio şirkəti məlumat yayıb.

Xəbərə görə, təhdid dolu məktub əsasən mühacirlərin, o cümlədən müsəlman immiqrantların məskunlaşdığı Molenbek kommunasındakı əsas məscidin ünvanına özünü “Xristian Dövləti” adlanan təşkilat tərəfindən göndərilib.

Həmin məktubu məscidin inzibatçılarından biri olan Camal Həbbaşiş öz poçt qutusunda aşkarlayıb. Onun sözlərinə görə, məktub ciddi qrammatik səhvlərlə yazılsa da onun məzmunu qorxuncdur.

Camal Həbbaşiş bildirib ki, məktubda “müsəlmanlara divan tutulacağı, onların axırına çıxılacağı, hamısının öldürüləcəyi” barədə xəbərdarlıq yer alır.

Bunları nəzərə alan Camal Həbbaşiş məktub haqda polisə məlumat verib.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər