Yağışdan yağmura qaçdı
İyul 22
14:14
2014
986 dəfə baxılıb
Flight 24 saytının bu günlərdə dərc etdiyi təyyarə uçuşlarının səmtlərini göstərən xəritə insanların təəccübünə səbəb olub.
Buna səbəb Malaziya Air şirkətinin uçuş istiqamətləri olub. Bir neçə gün əvvəl adı çəkilən şirkətin təyyarəsinin Ukrayna səmasında, ölkənin şərq hissəsində vurulması, nəticədə də 295 şəxsin ölməsi bütün dünyanı sarsıtmışdı.
Bu hadisədən sonra bütün ölkələr kimi Malaziya Air uçuş istiqamətini dəyişib. Amma bəlli olub ki, London – Kuala-Lampur reysi indi artıq Ukraynanın hava sahəsi üzərindən yox, Suriya üzərindən həyata keçirilir.
Şirkətin bu addımı bir çoxlarının heyrət və təəccübünə səbəb olub.