Yaponiya və Səudiyyə Ərəbistanı xüsusi iqtisadi zona yaradacaqlar
1. 211 dəfə baxılıb
Selefxeber.az-ın “AzərTac”a istinadən məlumatına görə, Yaponiya və Səudiyyə Ərəbistanı liderlərinin əldə etdiyi razılaşmaya əsasən, Tokio Ər-Riyada otuzadək layihənin reallaşması üçün xüsusi iqtisadi zonanın yaradılmasına kömək edəcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Martın 13-də Baş nazir Şinzo Abe və Yaponiyada rəsmi səfərdə olan Kral Salman 2016-cı ilin oktyabrında iki ölkənin nazirləri səviyyəsində Ər-Riyadda başlanan danışıqları davam etdiriblər.
Məlumatda qeyd edilir ki, əldə edilən razılaşma Səudiyyə Ərəbistanının iqtisadiyyatının şaxələndirilməsini nəzərdə tutur. Razılaşmaya əsasən, həyata keçiriləcək layihələrdə həm dövlət, həm də özəl şirkətlər iştirak edəcəklər.
Həmin ərəfədə JİJİ PRESS agentliyinin yaydığı məlumata görə, Yaponiya infrastrukturun, səhiyyənin, turizmin və bərpaolunan enerji mənbələrinin inkişafı üçün Səudiyyə Ərəbistanına yardım təqdim etməyə hazır olduğunu bildirib.
Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi iqtisadiyyatı neft ixracından asılı olan Səudiyyə Ərəbistanında maliyyə problemləri yaradıb və ölkə rəhbərliyi iqtisadiyyatın şaxələndirilməsi barədə qərar qəbul edib.