Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

İyul 01
10:21 2014

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyunun 28-də Yaponiyanın cənubunda 5,3 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri Sakit okeanda, İyo adasından cənubda, ocağı isə 200 km dərinlikdə yerləşib.

Zəlzələni Oqasavara arxipelaqının sakinləri hiss edib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

 Sələf Xəbər: Bir dəfə Ənas bin Malik bir kişi ilə birgə Aişənin yanına gəldilər. Kişi soruşdu: “Möminlərin anası bizə zəlzələ haqqında danış”. O dedi: “Insanlar zinanı halal gördükdə, sərxoş edən içkilər içdikdə və çalğı alətlərində oynadıqda Qudrətli və İzzətli Allah səmasında qəzəblənəcək və yerə deyəcək: “Onları silkələ”. Əgər onlar tövbə edib bu əməlləri tərk etməsələr yer onları udar”. Kişi soruşdu: “Ey möminlərin anası, bu onlar üçün cəza olacaq?”. O cavab verdi: “Şübhəsiz, bu möminlər üçün xəbərdarlıq və rəhmət, lakin kafirlər üçün cəza, əzab və qəzəb nümunəsi olacaq”. Ənas dedi: “Allah Rəsulunun hədislərindən sonra heç bir rəvayət bunun kimi məndə sevinc doğurmamışdı”. (“Dərd və Dəva”. İbn əl-Qeyyim).

Digər xəbərlər