Yaponiyada 6,9 bal gücündə zəlzələ olub
Fevral 17
16:47
2015
733 dəfə baxılıb
Yaponiyanın şimal-şərq bölgəsində 6,9 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.
Ölkənin meteorologiya idarəsi sunami təhlükəsi elan edib, sahilboyu zonada yaşayanlara evlərini tərk etmək tövsiyə olunub. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)