Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yaponiyada “Denge” qızdırması yayılır

Sentyabr 03
14:27 2014

“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən bildirir ki, Yaponiyanın Səhiyyə Nazirliyi daha 19 nəfərin “Denge” qızdırması xəstəliyi ilə qeydə alındığını təsdiqləyib. Həşəratdan keçən bu xəstəliyə yoluxanların ümumi sayı 22 nəfərə çatıb.

Bu, Yaponiyada son 70 ildə viruslu xəstəliyin sıçradığı ilk haldır. Güman edilir ki, xəstələnənlər bir müddət öncə zərərli həşəratların məhv etmək məqsədilə dərman səpilən Tokionun Yoyogi parkında bu virusa yoluxublar.

“Denge” qızdırması əsasən cənub və cənub-şərqi Asiya, Afrika, Okean və Karib dənizi hövzəsi ölkələrində yayılıb. Xəstəliyin simptomları sırasında güclü qızdırma, başgicəllənmə, səpki və əzələ ağrısı var.

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”

Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə

Digər xəbərlər