Yaponiyada yenilik — Satıcısı olmayan avtomatik dükanlar
1. 055 dəfə baxılıb
Selefxeber.az-ın məlumatına görə, “Ölkə.Az” xəbər verir ki, Yaponiya hökuməti satıcısız dükan sistemi yaratmaq barədə nəhəng beş supermarket şəbəkəsi ilə razılığa gəlib.
Bildirilir ki, tam avtomatik dükan sistemi 2025-ci ilə qədər işlək vəziyyətə gələcək. Şəbəkə qablaşdırılmada istifadə edilən və mal haqqında məlumata malik xüsusi çiplər vasitəsilə idarə ediləcək. Kassa aparatı isə alıcının səbətindəki malların dəyərini avtomatik hesablayacaq. Sonra isə alıcıya qəbz və pulun artığını verəcək. Robot isə alınan malları torbaya yığmağa kömək edəcək.
Bir çipin dəyəri 10 yapon yeni, yəni 9 sentdir. Ölkənin bütün mağazalarına bu sistemin tətbiqi 46 milyon dollara başa gələcək. İqtisadiyyat, ticarət və sənaye nazirlikləri istehsalçıları dəstəkləməyi planlaşdırırlar.
Qeyd edək ki, Yaponiyada satıcıların əməyi yüksək qiymətləndirildiyi və yüksək maaş aldıqları üçün bu sistemə baş vurulur.