Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yaponiyadakı yeni ada böyüməkdə davam edir – FOTO

Noyabr 22
15:45 2014

“Sələf Xəbər” xezerxeber.com-a istinadən xəbər verir ki, Tokiodan cənubda 900 km məsfədə yerləşən Nisinosima vulkanik adası sualtı vulkanın püskürməsindən sonra bir il ərzində 8,6 dəfə böyüyüyb.

Hazırda bu adanın qərbdən şərqə olan uzunluğu 1,55 min metr, cənubdan şimala isə 1,7 min metrdir. Vulkanik kütlənin həcmi 50 milyon kubmetr təşkil edir. Adanın ən hündür yeri dəniz səviyyəsindən 100 metr yüksəkdədir.

Bir il əvvəl –noyabrın 20-də Yaponiyanın Oqasavara arxipelaqından sualtı vulkan püskürməyə başlayıb və nəticədə yeni vulkanik ada yaranıb. Ada tezliklə nazik bərzəx vasitəsilə yaxınlıqda yerləşən Nisinosima adası ilə birləşib, sonra isə onunla birlikdə vahid quru sahəsi təşkil edib.

Meteroroloqlar bildirirlər ki, hazırda vulkanın püskürməsi davam edir və demək, ada hələ böyüməkdə davam edəcək.

📷

1385137550_supercoolpics_02_21112013140045

📷
nishino-13dec13-1
📷
nishinoshima-today
📷

nishinoshima140112b
📷
JAPAN-VOLCANO-ISLET

 Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.

“O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.”
(Müqəddəs Quran, “əl-Furqan” surəsi, 2-ci ayə).

Digər xəbərlər