Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Yaxın Şərqdəki münaqişəni Fələstin dövləti yaradılmadan həll etmək mümkün deyil”

Yanvar 19
16:16 2017

“Yaxın Şərqdəki münaqişə bütöv Fələstin dövləti yaradılmadan həll edilə bilməz”.

Selefxeber.az-ın “Report“a istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib.

Barak Obama həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin hazırkı vəziyyəti İsrail üçün təhlükəlidir, Fələstinə və ABŞ-ın təhlükəsizliyinə xələl gətirir.

Obamanın sözlərinə görə, fələstinlilər və israillilər anlamalıdırlar ki, regional münaqişənin həlli üçün qiymətli vaxt əldə çıxır.

ABŞ prezidenti status-kvonu qeyri-stabil hesab etdiyini də vurğulayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər