Yayda gözlənilməz qar – VİDEO
841 dəfə baxılıb
Rusiyanın Komi Respublikasının şimalında yerləşən Vorkuta şəhərinə gözlənilmədən qar yağıb.
Havalar o qədər soyuyub ki, iyulun 6-dan şəhərdə binaları qızdırmaq üçün qazanxanalar işə salınacaq. Hazırda şəhərdə temperatur 1-3 dərəcə arasında dəyişir. Bu iyulda orta temperatur 13 dərəcə olsa da, bəzi vaxtlar 33 dərəcəyə qədər qalxıb.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, sinoptiklərin dediyinə görə, Vorkutaya qar yağması Arktikadan qəflətən daxil olan soyuq hava ilə bağlıdır. Onların dediyinə görə, soyuq hava iyulun 10-a kimi davam edəcək.
Qeyd edək ki, Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə, qütb zonasının üçüncü şəhəridir. Şəhərdə 60 mindən çox adam yaşayır. Vorkuta 1930-cu ildə salınıb və buna səbəb ərazidə iri daş kömür yataqlarının üzə çıxmısı olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin”. (Qurani-Kərim, “Ənfal” surəsi, 11-ci ayə)
İmam İbn Qudama (Allah ona rəhm etsin) demişdir: “Ərimiş qar və dolu suyu – təmiz və təmizləyicidir, çünki o göydən enir, həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləri də buna işarətdir: “Ey Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu”. (“əl-Mugni”, 1/47)