Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yəməndə 20-si uşaq olmaqla 40 nəfər partlayışın qurbanı oldu – VİDEO

Dekabr 18
11:56 2014

Yəmənin Əl Bayda əyalətinin Radaa şəhərində törədilmiş iki partlayış nəticəsində, son məlumata görə, 20-si uşaq olmaqla 40 nəfər ölüb.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, birinci avtomobil üsyançıların nəzarəti altında olan nəzarət-buraxılış məntəqəsinin qarşısında partladılıb. Uşaqlar məhz bu partlayış nəticəsində ölüb.

Onların hamısının partlayış baş verən an ərazidən keçən məktəb avtobusunda olduğu bildirilir. İkinci partlayış hakim partiyanın regional bölməsinin sədrinin evi yaxınlığında törədilib.

Hələlik partlayışlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər