Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yəməndə Əl-Qaidənin təhlükəli lideri ələ keçirilib

Avqust 15
16:50 2016

Yəmən polisi Ədən şəhərinin əl-Mənsura məhəlləsində partlayıcı ilə doldurulmuş maşının partladılmasına mane ola bilmiş və hadisədə şübhəli bilinən üç nəfəri ələ keçirmişdir. Onların əl-Qaidə xəvaric terror təşkilatına mənsub olduqları ehtimal edilir.

Əldə olunan məlumatlara görə həbs olunanlardan biri Abbudi adlı şəxsdir. O, əl-Qaidənin aparıcı üzvlərindəndir. Eyni zamanda o Ədən şəhərində bir neçə terror hadisəsi törətməkdə ittiham edilməkdədir. O, Əl-Mənsura məhəlləsində yerləşən qazlı içkilər istehsal edən zavodun yaxınlığında partlayış törətmək istəyərkən həbs edilmişdir.
Polisin məlumatına görə digər iki müttəhim maşınları partlayıcı maddələrlə təchiz etdiklərini etiraf ediblər.

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər