Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

Dekabr 04
16:25 2017

Yəmənin “Ənsərullah” (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan “Yemen El-Yevm” telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

Selefxeber.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Yemen El-Yevm” telekanalının əməkdaşı “Anadolu” agentliyinə xəbər verib.

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

“Yemen El-Yevm” saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb.

Husilər həmçinin “Yemen.net” internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir. Əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir. Məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Digər xəbərlər