Yüzlərlə iranlı BMT baş assambleyası qarşısında etiraz aksiyası keçirib – FOTO
986 dəfə baxılıb
İran prezidenti Həsən Ruhani və İran hakimiyyəti nümayəndələrinin BMT şurasında iştirakına etiraz edən yüzlərlə iranlının şüarı bu sözlər olmuşdur: “Ruhaniyə yox!”, “Molla rejimi terrorçudur, qaniçəndir, diktatordur!”
Selefxeber.az-ın “Sabq.org” saytına istinadən məlumatına görə Suriyalı və iranlı fəalların təşkil etdikləri aksiyada törədiyi qanlı cinayətlərə, səbəbsiz edamlara və formal məhkəmə qurub haqsız törədilən qəttlərə görə İran hakimiyyətinin mühakimə edilməsi tələb olunmuşdur.
Aksiyaçılar qətlə yetirilən insanların şəkillərini əks elətdirən plakatlarla çıxış ediblər.
Onlar 120 min məhbusu edam edən, 1988-ci ilin yazında 30 min adamı məhv edən, on minlərlə məhbusu həbsxanalarda gizli şəkildə öldürən bir rejimin BMT-də iştirakının yolverilməz olduğunu bildiriblər.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).