Zambiyada ilk ağ dərili prezident seçildi
859 dəfə baxılıb
“Sələf Xəbər” bbc.co.uk saytına istinadən bildirir ki, Zambiyanın prezidenti Maykl Satanın ölümündən sonra prezidentlik səlahiyyətləri müvəqqəti olaraq onun müavini Qay Skota verilib.
Zambiyanın müdafiə naziri Edqar Lonqonun sözlərinə görə, 90 gündən sonra ölkədə prezident seçkiləri baş tutacaq.
Beləliklə Qay Skot, əhalisinin əksəriyyəti qara dərili olan Afrika ölkəsində Frederik de Klerkdən bəri ilk ağ dərili prezidentdir.
Zambiya hökumətinin bildirdiyinə görə, Maykl Sata elan edilməyən xəstəlikdən İngiltərənin Kral Yeddinci Eduard xəstəxanasında müalicə alarkən 77 yaşında dünyasını dəyişib. Nazir Roland Mesiska rəsmi televiziya kanalına açıqlamasında prezident vəfat edən zaman yanında həyat yoldaşı və oğlunun olduğunu qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!” (Müqəddəs Quran, “Rum” surəsi, 22-ci ayə)
“Kainatda gizli qalan saysız-hesabsız nemətlər Rəbbin mərhəmətinə və alicənablığına dəlalət edir. Onun bəzi məxluqlarına üstün xüsusiyyətlər əta etməsi isə Onun iradə sahibi və istədiyini seçmək haqqına malik olmasına şəhadət verir. O (Pak və Müqəddəs Olan), təkbaşına bütün varlığı xəlq etmişdir və bu o deməkdir ki, yalnız O (Pak və Müqəddəs Olan), məxluqlarının ibadətinə layiqdir. Bütün bunlar – məntiqi dəlil və sübutlardır ki, Uca Allah insanların onların üzərində düşünmələrindən və özləri üçün faydalı nəticələr çıxarmalarından ötrü xatırlatmışdır.
Bu dəlillərdən biri də insanların dillərinin və dərilərinin rənglərinin müxtəlifliyidir. İnsan nəsli çox böyükdür, amma bütün insanlar bir adamın nəsilləridir və oxşar səs aparatına malikdirlər. Buna baxmayaraq, səsləri və dərilərinin rəngi tam eyni olan iki insanı tapmaq mümkün deyildir. Səsləri və dərilərinin rəng çalarları nə qədər oxşar olsa da, onların arasında həmişə bəzi fərqlər aşkar etmək olar. Həqiqətən də, bunda Allahın kamil qüdrəti və yenilməz iradəsinə şəhadət verən dəlillər vardır. Bununla yanaşı onlar Onun mərhəmətinə və Öz məxluqları haqqında qayğı göstərməsinə dəlalət edir. Rəbb bu müxtəlifliyi ona görə yaratmışdır ki, insanlar bir-birilərindən seçilsinlər və qarışıqlıq düşməsin. Əks halda, bəşəriyyət ən böyük nemətlərdən və imkanlardan məhrum olardı.” (Bax “Təfsir Əs-Saadi”)