Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zəvvarlardan viza rüsumu alınır, yoxsa vergi – Səfirlikdən açıqlama

Avqust 08
17:32 2017

Bəzi yerli KİV-də Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Selefxeber.az xəbər verir ki, bu ölkənin Azərbaycandakı səfirliyindən “Oxu.Az”a verilən məlumata görə, yayılan bu məlumatlarda viza rüsumu ilə vergi məfhumu qarışıq salınır.

Belə ki, Səudiyyə Ərəbistanı Krallığı hökuməti həcc və ümrə ziyarətçilərinə göstərdiyi xidməti dərk edərək, ilk dəfə həccə və ümrəyə gələn müsəlmanların viza xərclərini tam olaraq hökumət hesabına ödəyir. Başqa sözlə, birinci dəfə yerinə yetirilən həcc və ümrə üçün viza rüsumu ödənilmir, Səudiyyə Ərəbistanı hökuməti bu rüsum xərcini özü çəkir. Bir dəfədən artıq həcc və ümrə ziyarəti yerinə yetirmək istəyənlərə isə viza rüsumu tətbiq olunur. Birdən çox ziyarət edənlərə viza rüsumu tətbiqinin səbəbi, İslam dininin beşinci ən vacib əməli sayılan həcci, eləcə də, ümrəni ilk dəfə yerinə yetirənlər üçün daha yaxşı fürsət yaratmaq və onu əlçatan etməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl yerli KİV-də həccə yenidən getmək istəyənlərdən vergi tutulacağı xəbəri yayılıb. Məlumata görə, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.

Digər xəbərlər