Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ali məktəblərdə pullu təhsil ləğv edilir

Dekabr 28
16:32 2015

2016-2017-ci tədris ilindən ali məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi nəzərdə tutulub.

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, ödənişli əsaslarla plan yerləri Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ləğv edilir: “Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsi nəzərdə tutulub. 2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq. Hazırda mexanizm işlənilir”.

N.İbrahimov əlavə edib ki, bu mexanizm elə ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və ölkədəki bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək.

Qeyd edək ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə – dövlət sifarişi və ödənişli əsaslarla formalaşır.

Bir müddət əvvəl açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdi ki, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi təhsil müəssisəsinin bu mexanizmin tətbiqindən sonra istənilən sayda tələbə qəbul edə bilməsi deyil.

Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model iki mühüm amil – ali məktəbin müəyyən dövlət standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla tətbiq edilir: “Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər”.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930