Diz və oynaq ağrılarından əziyyət çəkənlər üçün xüsusi namaz xalçası icad edilib – FOTO
1. 189 dəfə baxılıb
Sələf Xəbər sunnapress.com-a istinadən bildirir ki, kosmik texnologiyalar sahəsi üzrə müsəlman mütəxəssis dünyada analoqu olmayan ilk fizioloji namaz xalçası icad edib. Xalçanın komponentləri kosmik texnologiyalardan istifadə edilərək namaz qılan şəxsin rahatlığı üçün məxsusi olaraq hazırlanıb.
Yeni ixtiranın müəllifi ərəb mənşəli kanadalı müsəlman Nadir Sabri adlı bir iş adamıdır. O bildirir ki, fizioloji namaz xalçası bədənin sklet-əzələ sisteminin quruluşuna uygun olaraq hazırlanmışdır və diz-oynaq ağrıları, bədənin əzələ zəifliyi və taqətsizliyi zamanı yaranan narahatçılıqları uğurla aradan qaldırır.
Nadir Sabri deyir: “TİMEZ-5 adlı bu xalça müsəlman bazarının illər uzunu tədqiqindən və öyrənilməsindən sonra hazırlanmışdır. Mən bir qocanın agrıları olduğu halda namaz qılmağa çalışdığını görəndən sonra bu ideyamı həyata keçirməyə qərar verdim. Uzunmüddətli tədqiqatlarım zamanı məlum oldu ki, bir çox müsəlmanlar diz – oynaq agrılarından əziyyət çəkir və bu da onlara namaz qılmaqda çətinlik törədir.”
Sabrinin dediyinə görə, nəhayət ki, yaşlı müsəlmanlar üçün xüsusi namaz xalçası hazırlaya bilib. Onun hazırladığı fizioloji xalçadan hətta xəsarət almış idmançılar və əhalinin digər qrup insanları da istifadə edə bilərlər.
Sələf Xəbər: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim islamda yaxşı bir iş görərsə, həm bu işi gördüyünə, həm də ona əməl edənlərə görə savabları azalmadan ona da savab yazılar. Kim islamda pis bir iş görərsə, həm bu işi gördüyünə, həm də ona əməl edənlərə görə günahları azalmadan ona da günah yazılar.”