Mendeleyevin cədvəlində yeni element kəşf edildi
1. 354 dəfə baxılıb
Yaponiya hökuməti Mendeleyevin dövri cədvəlindəki 113-cü elementin Milli Təbii Elmlər İnstitutu tərəfindən kəşf edilməsi barədə rəsmi məlumat yayıb.
Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin məlumatında bildirilib ki, buna görə İnstitut kəşf etdiyi elementə ad vermək hüququ qazanıb.
“Sələf Xəbər”in “ТАSS” agentliyinə istinadən xəbərinə görə, Rusiya və ABŞ mütəxəsissləri bu element üçün müəlliflik iddialarını irəli sürsələr də Beynəlxalq Nəzəri və Tətbiqi Kimya-Fizika İttifaqı komissiyasının üzvləri bildiriblər ki, elementin sintezi yapon alimləri tərəfindən daha dəqiq tətbiq olunub.
2004, 2005 və 2012-ci illərdə professor Koske Moritanın rəhbərliyi altında bir qrup fizik tərəfindən Vako şəhərində aparılan təcrübələr nəticəsində elementin sintezi uğurla başa çatmışdır.
Yeni elementə hələlik rəsmi ad verilməsə də onun “yaponium” adlandırılacağı güman edilir.
Qeyd edək ki, asiyalı alimlər ilk dəfədir ki, Mendeleyevin dövri cədvəlində yeni element kəşf edirlər.