Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Müsəlmanlar dünyaya nə bəxş edib?

Avqust 01
13:12 2015

Müasir həyatımızın bir parçasına çevrilmiş və istifadə etdiyimiz bir çox əşyaların mənşəyi, ilk dəfə harada və kim tərəfindən icad olunması haqqında heç düşünmüsünüzmü? Bəs bu ixtiraların və icadların bir çoxunun müsəlmanlara aid olduğu haqda bilirsinizmi?

Məsələn, bir çox insanın xoşladığı qəhvənin Yəməndən gəldiyini yəqin ki, hər kəs bilmir. İlk universitet, ilk velosiped, ilk diş fırçası kimi bir çox ixtiraların məhz müsəlmanlar tərəfindən icad olunaraq yaşadığımız dünyanı formalaşdırması haqqında da çox az adamın məlumatı var.

Bütün bu fundamental ideya və ixtiraların müəllifləri haqqında minillik müsəlman irsinin unudulmuş tarixini işıqlandıran “1001 ixtira” adlı kitabda təsvir olunur. Kitabın redaktoru Elm, Texnologiya və Sivilizasiya Assosiasiyasının sədri professor Səlim Al-Hassanidir.

“Sələf Xəbər” Ansar.ru-ya istinadən müsəlmanların bir neçə görkəmli kəşflərini sizinlə paylaşır:

1.Cərrahiyyə

Təxminən 1000-ci ildə məşhur həkim Al-Zəhravi 1500 səhifəlik rəsmli cərrahiyyə ensiklopediyası tərtib edib. Bu kitabdan Avropada 500 il ərzində dərslik kimi istifadə olunub. Yaraların tikişi zamanı sorula bilən “ketqut” sapları da ilk dəfə Zəhravi tərəfindən istifadə edilib. Bu vaxta qədər isə adi saplardan istifadə yaraların açılmasına və təkrar əməliyyata səbəb olurdu. Eləcə də, tarixdə ilk olaraq keysəriyyə əməliyyatını və cərrah maşasını da məhz Zəhravi icad edib.

2. Qəhvə

Qəhvə ilk dəfə IX əsrdə Yəməndə bişirilib. Əvvəlcə onu gecələri oyaq qalmaq və ibadətlə keçirə bilmək üçün içiblər. Sonralar qəhvə bir qrup tələbə tərəfindən Qahirəyə gətirilərək bütün imperiyaya yayılmağa başlayıb. Bir çox insanın sevdiyi qəhvə daha sonralar 13-cü əsrdə Türkiyəyə, 16-cı əsrdə isə Avropaya gətirilib.

3. Uçuş aparatı

Səlim Al-Hassaninin bildirdiyinə görə, ilk uçuş aparatını düzəldib onu havaya qaldıran şəxs Abbas ibn Firnas olub. IX əsrdə o, quşa bənzəyən qanadlı uçan maşını düzəldib. Təcrübə zamanı ixtiraçı İspaniyanın Kordova şəhəri yaxınlığında havada bir neçə dəfə dövrə vurduqdan sonra yerə yıxılıb və onurğa sütununu sındırıb. Onun icadı daha sonralar Leonardo da Vincini ilhamlandırıb.

4. Universitet

856-cu ildə gənc şahzadə Fatimə əl-Firxi Mərakeşdə Fəs şəhərində ilk universitetin təməlini qoyub. Onun bacısı Məryəm isə universitetin yaxınlığında məscid açıb. Bütün bu kompleks birlikdə “ Əl-Qarauin Məscidi və Universiteti” adını daşımağa başlayıb. 1200 il keçməsinə baxmayaraq, bu kompleks hələ də fəaliyyətini davam etdirir.

5. Cəbr

Cəbr sözü ilk dəfə fars riyaziyyatçısı Xarəzmi tərəfindən IX əsrdə yazılmış “Əl-cəbr vəl-müqabələ” kitabında işlədilib.

6. Optika

Təxminən 1000-ci ildə İbn əl-Haitham sübut edib ki, insanda görmə hissi əşyaların əks etdirdiyi işığın gözə daxil olması zamanı yaranır. Bununla o, Evklid və Ptolomeyin gözün özünün işığı əks etdirməsi nəzəriyyəsinin səhv olduğunu isbatlayıb.

7. Diş fırçası

Məhz Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun), təxminən 600-cü ildə diş fırçasını təbliğ edib. Misvaq adlı ağacın budağından istifadə edərək o, dişlərini təmizləyir və nəfəsini təravətləndirirdi. Hal-hazırda istifadə olunan müasir diş məcunları da oxşar xüsusiyyətləri özündə cəmləyir.

8. Xəstəxana

İlk olaraq xəstəxana və təlim mərkəzləri IX əsrdə Misirdə meydana çıxıb. Belə bir tibb mərkəzi ilk dəfə 872-ci ildə Qahirədə Əhməd ibn Tulin xəstəxanası olub. Daha sonralar bu kimi xəstəxanalar bütün müsəlman dünyasında və ondan kənarda da açılmağa başlayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir”. (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından, 77/12)

Digər xəbərlər

ARXİV

Sentyabr 2020
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930