Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Qurani-Kərim brayl əlifbası ilə nəşr olunacaq

Mart 16
22:14 2015

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib.

Görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Görüşün sonunda M.Qurbanlı S.Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930