Sələf Xəbər


HƏFTƏNİN YEKUNU

 Son Xəbərlər
  • HƏFTƏNİN YEKUNU – 29.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 22.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 15.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 08.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]
  • HƏFTƏNİN YEKUNU – 01.05.2016SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir. Həftənin ən [...]

HƏFTƏNİN YEKUNU – 01.03.2015

Mart 01
17:43 2015

SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.

Həftənin ən vacib xəbərləri

🌎

İlham Əliyev (Allah onu qorusun): “Süni şəkildə qiymətləri artıran, cəzasını alacaq”

 Dövlət başçısı (Allah onu qorusun) süni qiymət artımına yol verilməməsinə dair bütün müvafiq qurumlara göstəriş verildiyini qeyd edib.
“İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurları yüksək qiymətləndirir. Amma regionda gedən proseslər bizə də istər-istəməz təsir göstərir və son aylar, son bir il ərzində MDB məkanında, bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib”. Daha ətraflı

🌎

Səudiyyə Ərəbistanı muftisi: “Cinayətkarı gizlətmək əmanətə xəyanət etməkdir”

 “Ölkə başçısına qarşı çıxmaq, yaxud başçı və rəiyyəti bir-birindən ayırmaq üçün böhtanlar və yalanlar yaymaq Allah-Təalanın bizə qadağan etdiyi xəyanət növlərindəndir”.
“Sələf Xəbər” ssa-at.gov.sa saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının baş muftisi, Böyük Alimlər Məclisinin rəisi Şeyx Əbdüləziz əl-Şeyx rəiyyəti öz başçısına xəyanət etməsindən çəkindirərək deyib: Daha ətraflı

🌎

“Heydər” məscidinə rəhbər təyin edildi

 Bir müddət əvvəl açılışı olan “Heydər” məscidinə rəhbər təyin olunub.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış “Heydər” Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib. Daha ətraflı

🌎

Qiymətlərin qalxması problemi və İslamda onu müalicə metodu

 Qiymətlərin bahalaşması problemi xalqların və fərdlərin qarşılaşdığı problemlərdəndir. Bəzən onun təbii və məntiqi səbəbləri olur. Xammalın, əşyaların, düzəldilməsinin və daşınmasının xərclərinin baha başa gəlməsi qiymətlərin baha olmasının məntiqi səbəbidir. Lakin bu bahalaşma qeyri-məntiqi və qeyri-təbii olarsa, onun da qeyri-məntiqi və qeyri-təbii səbəbləri olur. Bəzən dəbdəbəni sevərək ona həris olmaq bu bahalaşmanın mühüm səbəblərinə çevrilir. Ona görə də İslam dini bizi israfçılığa gətirib çıxaran dəbdəbəni sevərək ona həris olmaqdan ciddi şəkildə çəkindirmişdir. Çünki dəbdəbə ümmətlərin fəsadına, sonra da məğlubiyyətinə və süquta uğramasına gətirib çıxarır. Bundan da daha pisi isə dünyaya meyl edərək axirətdən üz çevirməkdir. Qurani-Kərimdə əndazəni aşan dəbdəbə qınanaraq küfr və üsyanla birgə qeyd olunmuşdur. Daha ətraflı

🌎

Yeməkdən dərhal sonra 7 əməldən uzaq olun!

 Yemək yedikdən sonra etməyi vərdiş halına gətirdiyimiz şeylər var: Kəmər boşaltmaq, çay içmək və s. kimi. Bunların sağlamlığımız üçün nə qədər təhlükəli olduğunu, bəs, bilirsiniz?
“Sələf Xəbər” Hurriyet.com.tr-yə istinadən bildirir ki, yemək yedikdən sonra aşağıda qeyd etdiyimiz 7 hərəkəti həyata keçirtmək sağlamlığa zərər verir. Daha ətraflı

🌎

Ordumuz Cənubi Qafqazın ən güclü ordusudur – FOTO

 Bu gün Azərbaycanın müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var.
Dövlətin əsas sütunlarından biri ordudur. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Daha ətraflı

🌎

Erməni jurnalistinin Xocalı haqqında tükürpədən etirafları

 “Qaflan adlı və ölülərin yandırılması ilə məşğul olan bir erməni qrupu var idi. Bu qrup Xocalıda azərbaycanlıları yandırmaqla məşğul idi”. “Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, bu sözləri Xocalı soyqırımının canlı şahidi erməni jurnalist Daud Xheriyan o günləri xatırlayarkən deyir. Daha ətraflı

🌎

Türkiyə Prezidenti Azərbaycan xalqına başsağlığı verdi

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan hələ də Ermənistanın işğalı altında qalan Dağlıq Qarabağın bir hissəsi olan Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini söyləyib. Daha ətraflı

🌎

Ermənilərin Xocalı soyqırımı törətməsindən 23 il keçir

 Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur.
Soyqırımı aktı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Daha ətraflı

🌎

Dəhşət! Uşaqlar İŞİD-i təqlid ediblər – VİDEO

 İŞİD terror xəvaric qruplaşmasının yaydığı edam videoları uşaqların da psixologiyasını pozub.

“Sələf Xəbər” Haber7.com-a istinadən xəbər verir ki, Misirin şimalındakı Mahallətül- Kübra şəhərində 13-14 yaşlı uşaqlar İŞİD terror xəvaric qruplaşmasının edam səhnəsini canlandırıb. Daha ətraflı

🌎

Digər xəbərlər