Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Erməni jurnalistinin Xocalı haqqında tükürpədən etirafları

Fevral 27
16:50 2015

“Qaflan adlı və ölülərin yandırılması ilə məşğul olan bir erməni qrupu var idi. Bu qrup Xocalıda azərbaycanlıları yandırmaqla məşğul idi”.

“Sələf Xəbər” Yenicag.az-a istinadən bildirir ki, bu sözləri Xocalı soyqırımının canlı şahidi erməni jurnalist Daud Xheriyan o günləri xatırlayarkən deyir.

O bildirib ki, martın 2-də Xocalıdan 1 kilometr məsafədə yerləşən əraziyə 100 azərbaycanlının meyiti gətirildi: “Sonuncu yük maşınında 10 yaşında olan qız usağı gördüm. Başından və əlindən yaralı idi. Havanın soyuq və özünün ac olmasına baxmayaraq, hələ də yaşayırdı. Güclə nəfəs alırdı. Gözlərini ölüm qorxusu bürümüşdü. Bu vaxt Tiqranyan adlı erməni əsgər onu vəhşicəsinə götürərək digər cəsədlərin üstünə atdı. Sonra isə bütün cəsədləri yandırdılar. Yanan cəsədlərin arasında bir nəfər qışqırırdı. Heç bir şey edə bilməzdim”.

Xocalı soyqırımı törədilərkən erməni əsgərlərinə komandirlik etmiş Monte Molkanyan isə gündəliyində bunları yazıb: “Gecə saat 11 radələrində 2000 erməni əsgəri Xocalıya 3 tərəfdən hücuma keçdi. Şəhər sakinləri şərq hissəyə sıxışdırılmışdı. Onları öldürməyə başladıq. Gülləsi qurtaran erməni əsgərləri isə bıçaqlarla azərbaycanlıları öldürüdülər”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək, ya da əl-ayaqlarını çarpazvari kəsmək, yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)

“Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur.

Digər bir təfsirə görə isə, quldurlar törətdikləri cinayətlərə müvafiq olaraq cəzaya məhkum edilməlidirlər. Ayədən aydın olur ki, hər bir cinayət növü üçün Uca Allahın müdrikliyi ilə təyin olunmuş müvafiq cəza müəyyənləşdirilmişdir. Əgər quldurlar qətl və soyğunçuluq törətmişlərsə, onda onları edam etmək və çarmıxa çəkmək lazımdır ki, onlar insanların gözü qarşısında biabır edilib rüsvay olsunlar və başqaları da belə əməllərdən çəkinsinlər. Əgər onlar soyğunçuluq etmədən qətl törətmişlərsə, onda onlar ancaq edam edilməlidirlər. Əgər onlar yolçuları ancaq qarət etmiş və öldürməmişlərsə, onda onların ancaq əlləri və ayaqları çarpaz kəsilməli, yəni, sağ əlləri və sol ayaqları kəsilməlidir…” (“Təfsir Əs-Saadi”)

Digər xəbərlər