Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dəhşət! Uşaqlar İŞİD-i təqlid ediblər – VİDEO

Fevral 25
17:01 2015

İŞİD terror xəvaric qruplaşmasının yaydığı edam videoları uşaqların da psixologiyasını pozub.

“Sələf Xəbər” Haber7.com-a istinadən xəbər verir ki, Misirin şimalındakı Mahallətül- Kübra şəhərində 13-14 yaşlı uşaqlar İŞİD terror xəvaric qruplaşmasının edam səhnəsini canlandırıb.

Uşaqlar əllərindəki taxtalarla İŞİD terror xəvaric qruplaşmasının əsirlərin başını kəsərək öldürməsini təqlid ediblər. Videonun sosial mediada paylaşılması yalnız Misirdə deyil, bütün dünyada kəskin reaksiya doğurub.

🎬

 Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər