Dövlət Komitəsindən halal heyvanların kəsim qaydası: “BİSMİLLAH” deyin!
1. 068 dəfə baxılıb
“Əks təqdirdə kəsim halal sayılmaz”.
“Müsəlmanlar üçün halal sayılan heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz”.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən və iyunun 24-dən qüvvəyə minən “Halal qida. Ümumi rəhbəredici sənəd” dövlət standartında yer alan kəsim qaydalarında əksini tapıb.
Qaydalarda daha sonra bildirilib ki, qəssab sonra hər bir heyvanın kəsimində də halal kəsim üçün Allahın adını təkrar etməlidir. Qaydaya əsasən kəsim üçün nəzərdə tutulmuş heyvanın sağlamlığını göstərən sənəd baytarlıq xidmətlərinə cavabdeh təşkilat tərəfindən təşkil edilməlidir. Kəsim üçün nəzərdə tutulmuş heyvan kəsim zamanı canlı olmalıdır. Kəsmə prosesi heyvanların işgəncəsinə səbəb olmamalıdır. Heyvanlar uzaq yol gəlibsə, kəsimdən qabaq istirahətlərinə icazə verilməlidir. Kəsim işləri aparan qəssab əqli sağlam və heyvan kəsiminin tələb etdiyi əsas qaydaları və şərtləri tam olaraq anlayan yetkin bir müsəlman olmalıdır. Kəsim işləri aparan qəssabın gigiyena-sanitariya və halal kəsim qaydaları mövzusunda səlahiyyətli orqan (personalın sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum) tərəfindən verilmiş sertifikatı olmalıdır. Kəsim xətti, qidaya uyğun vasitələr təmiz olmalı və yalnız halal kəsim məqsədilə istifadə edilməlidir. Heyvanın başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti olmalı və poladdan (paslanmayan polad) hazırlanmalıdır. Kəsmə vasitələri küt hissəsi ilə deyil, iti hissəsi ilə kəsməlidir. Sümük, dırnaq və dişlərdən kəsmək məqsədilə istifadə edilməməlidir.
Sallaqxanalar yalnız halal heyvan və halal kəsimlərə və Codex CAC-RCP 1 və ya İSO 22000 -də göstərilən zəruri proqramları təmin etməlidir. Sallaqxananın fiziki şərtləri milli qanunvericiliyə uyğun olmalıdır. Sallaqxanalarda kəsim sahəsində sağlamlıq baxışın aparılmasına uyğun mühit, girişdə heyvanı qaldırmaq üçün elektriklə işləyən avtomatik və ya əllə işləyən diyircəkli zəncir sistemi olan xüsusi bir sahə, işin davamlılığını təmin etmək üçün avtomatik, hərəkətli və ya əllə işləyən diyircəkli zəncir relsli sistem, mal və qoyun-keçi üçün xüsusi hazırlanmış, işçilərin heyvanın dərisini soymaq və cəmdək hazırlanmasına kömək edən, asan və məhsuldar işi təmin edən, sabit və ya hərəkətli yükləmə platformaları və yükləmə sahələri, tərəzi qurğuları, cəmdək yuma qurğuları (əsasən avtomatik təzyiqli su), çirkli alətləri (bıçaq, asılqan və s.) yumaq, dezinfeksiya və sterilizə etmək üçün hər zaman isti suyu olan qablar, antiseptik mayesi olan vannalar, ayaq, diz və ya fotoelementlə işləyən su kranın a taxılmış əlüzyuyan, müntəzəm istifadə edilən təmiz və təzyiqli su olmalıdır. Bütün dezinfeksiyaedicilər və antiseptik mayelər halal qida sektorunda istifadəyə yararlı olmalıdır.
Heyvana yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsi (huşun itirilməsi) qadağa olunmalıdır. Ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa (heyvanı sakitləşdirmək və ya onun müqavimətini qırmaq kimi) müqavimətini qırmaq üçün icazə verilən elektrik cərəyanı və tətbiq müddəti toyuq üçün 3-5 saniyə 0,25-0,50 Amper, quzu üçün 2-3 saniyə 0,50-0,90 Amper, keçi üçün 2-3 saniyə 0,70 – 1 Amper, qoyun üçün 2-3 saniyə 0,70-1,20 Amper, dana üçün 3 saniyə 0,50-1,50 Amper, cöngə üçün 2-3 saniyə 1,50-2,50 Amper, inək üçün 2,5-3,5 saniyə 2-3 Amper, buğa üçün 3-4 saniyə 2,50-3,50 Amper, kəl üçün 3-4 saniyə 2,50-3,50 Amper, dəvəquşu üçün 10 saniyə 0,75 Amperdir. Qanadlı quşlara yönəldilmiş hər cür sərsəmlətmə və beyin zərbəsinin (huşun itirilməsi) tətbiqi qadağan olunmalıdır, ancaq elektrik istifadəsi lazımi və tək çıxış yolu olsa, qanadlı quşlar sərsəmlədildikdən, sonra (huşun itirilməsi) və hətta kəsim zamanında canlı və sağlam vəziyyətdə olmalıdır. Əgər zərurət yaranarsa, elektro-şokun cərəyanı və müddəti yuxarıda göstərilən qaydada olmalıdır. Kəsimdən əvvəl ölən qanadlı quş ölü və haram kimi qəbul edilir. Kəsimdən sonra axan qanın miqdarı azalmamalıdır.
Eyni zamanda kəsim üçün nəzərdə tutulmuş heyvana bu standartda göstərilən qaydalara uyğun ixtisaslaşdırılmış bir baytar tərəfindən nəzarət edilməlidir. Hamiləlik müddətinin 1/3-ni başa vurmuş heyvanlar kəsilməməlidir. Kəsimə göndərilən heyvanlar nəcisdən, sidikdən və palçıqdan təmizlənmiş olmalıdır. Çirkli heyvanlar yarış atlarının saxlandıqları yerlərdə və ya yuyulmaq məqsədilə xüsusi ayrılmış sahələrdə təmizlənməlidir. Heyvan sulu olarkən kəsilməməsi tövsiyə edilir. Fərqli heyvanların yarış atlarının saxlandıqları yerlərə gətirilməsi, təmizlənməsi və sallaqxanaya gətirilməsi zamanı qarışmamağına xüsusilə diqqət yetirilməlidir. Kəsiləcək heyvan dəhliz boyunca ixtisaslaşdırılmış heyət tərəfindən əziyyət verilmədən kəsim sahəsinə aparılmalıdır. Heyvanın kəsim üçün aparıldığı dəhlizin sonunda, sırada gözləyən heyvanın əvvəlki heyvanın kəsilməsini görməyinin qarşısını alan hərəkətli pərdələr və ya bölüm sistemləri olmalıdır. Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə çevrilərək sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir. Heyvan qaldırıldıqda və ya uzadıldıqda əziyyətin azaldılmasına qayğı göstərilməli və bu mövqedə çox saxlanılmamaladır. Kəsim hər heyvana sadəcə bir dəfə tətbiq edilməlidir. Heyvanın avtomatik bıçaqla kəsilməsinə, kəsim əsnasında bıçağın geri çəkilməməsi şərti ilə icazə verilir. Halal kəsim qırtlağın (adəm alması) bir az altındakı nöqtədən və uzun boyunlu heyvanlar üçün daha yuxarıdan yarılmağa başlanılmalıdır. Qanama və ölümü sürətləndirmək üçün, kəsim əsnasında nəfəs borusu (halqum), qida borusu (mari), boyun arteriyası və şah damarı (wadajain) kəsilməlidir. Qanama özbaşına olmalı və bitməlidir. Qanama müddəti qanamanın bitməsinə və ölümün tam həyata keçirilməsi üçün kifayət etməlidir. Yuyulma, qurutma, soyudulma və dondurulma müvafiq alət və cihazlarla edilməlidir. Möhürlənmə halal tərkibli qidalarda istifadəyə yararlı mürəkkəblə edilməlidir. Otağın ən aşağı temperatur həddi maksimum 4 ºC-də olmalıdır.
Bundan əlavə, balıqların kəsilməsinə ehtiyac yoxdur. Onlar canlı vəziyyətdə sudan çıxarılmalı və ölümləri sudan kənarda həyata keçirilməlidir. “BİSMİLLAH” kəlməsi deyərək ovlanmış və uyğun şəkildə öldürülmüş halal heyvanlar halal kəsilmiş kimi qiymətləndirilir. Canlı tutulan heyvanlar İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Yırtıcı ov heyvanları və ya ov quşları tərəfindən ölü olaraq tutulan heyvanlar və ya ölü heyvanın hər hansı bir parçası bu ov heyvanları tərəfindən yeyilmədiyi müddət də halal olaraq qəbul edilir, əks halda “Halal olmayan” şəklində qiymətləndirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)