Oruc tutmağın danılmaz faydaları – MÜTƏXƏSSİS RƏYİ
1. 643 dəfə baxılıb
Aparılan araşdırmaya görə, oruc tutmaq psixologiyada müsbət istiqamətdə böyük təsirə malikdir.
“Sələf Xəbər” A24.com.tr-yə istinadən məlumat verir ki, orucun ruh sağlamlığı üzərindəki təsirlərini araşdıran Mərkəzi Hospitalın mütəxəssisi psixoloq Aycan Bulud, verdiyi mənəvi töhfələrinə görə Ramazan ayının əhəmiyyətinə diqqət çəkib.
Aycan Buluda görə, orucun psixologiyaya müsbət təsir yönü olduqca çoxdur.
Oruc yay aylarında gərginliyi azaldır
Yay aylarında günlərin uzunluğu, həddindən artıq istilər və tərləmə səbəbi insanlarda gərginlik və dözümsüzlüyə yol açır. Mütəxəssis bildirir ki, yaz aylarındakı bu problem orucla birləşərək dözüm yaradır.
Oruc fərdin daxili intizamını təmin edir
Oruc tutmağın fərdin daxili intizamını təmin etdiyini söyləyərək Aycan Bulud, oruc sayəsində insan həm daxili intizamını təmin edir, həm də güclü niyyətlərini nəzarət altına almağı öyrənir deyib. Psixoloq orucun, həmçinin ictimai baxımdan birləşdirici xüsusiyyətə malik olduğunu da diqqətə çatdırıb.
Oruc sayəsində ailədaxili ünsiyyət güclənər
Aycan Bulud deyib: Oruc ailədaxili ünsiyyəti də möhkəmləndirir. Orucun xüsusilə ailə bağlarını canlandıran əhəmiyyəti var. Ana, ata və uşaqlardan ibarət olan bir iftar süfrəsi ailədaxili ünsiyyət və qarşılıqlı anlaşmaya müsbət təsir göstərir. Oruc insanı paylaşmada daha yüksək həddə çatdırır. İnsanlar hər hansı bir dava və ya mübahisə halında mövcud vəziyyəti düzəltmək üçün daha çox səy sərf edirlər”.
Psixoloji narahatlığı olanlar oruc tutarkən diqqətli olmalıdır
İsti aylarda oruc tutmağın psixoloji xəstəlikləri olan insanlara isə mənfi təsir edəcəyindən danışan psixoloq onu da bildirib ki, havanın çox isti olması, metabolizmdə olan natrium, kalium və kalsiumla bağlı tarazlıqları dəyişdirdiyindən bu insanların stresə daha tez düşməsi mümkündür.
Mütəxəssis onu da qeyd edib ki, iftar və sahurun ləngidilmədən edilməsi orqanizmin alışqan olduğu sistemi sarsıtmamaq üçün olduqca əhəmiyyətlidir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar)”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 183,184-cü ayələr)
“Oruca riayət etməyin vacib bir hökm olduğunu xatırladıqdan sonra, Uca Allah bildirir ki, müsəlmanın orucu qısa və yüngüldür. Bundan başqa, Allah Öz qullarının işini yüngülləşdirərək, xəstələrə və səfərdə olanlara buraxdıqları orucu başqa günlərdə tutmağa yol vermişdir. Xəstəlik və uzaq yola çıxmaq, adətən insanlar üçün çoxlu çətinliklər törədir və buna görə Allah belə hallarda orucu pozmağa icazə verir. Lakin oruc hər bir mömin üçün olduqca xeyirli ayindir və buna görə Allah, xəstəlik qurtarandan və səfərdən qayıdandan və habelə insan rahat həyata başladıqdan sonra, buraxılmış oruc günlərinin əvəzini tutmağı əmr etmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)