Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD xəvaric terror qruplaşması Türkiyəni təhdid etdi

Avqust 12
14:30 2015

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, İŞİD xəvaric terror qruplaşması sosial media vasitəsilə Türkiyəni təhdid edib.

İŞİD-in mesajında “Kamikadze hücumlarımızın hədəfi olmaq istəmirsinizsə, dərhal bu müharibədən imtina edin. Sonra oturub ağlamayın” – ifadələri işlədilib.

Türkiyənin İŞİD xəvaric terror qruplaşmasının hədəflərini vurmasına təhdidlə cavab verib.

Türkcə tirajlanan “Darülxilafət” saytında yer alan mesajda deyilir:

“İŞİD-in bomba dolu avtomobillərinin hədəfi olmaq istəmirsinizsə, bu müharibədən çəkilin. Etibar etdiyiniz o Amerika sizi xilas etməyəcək. Sabah sizə hücum zaman ani şəkildə bir bomba partlayarkən oturub ağlamayın. Bunu siz istədiniz”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər