HƏFTƏNİN YEKUNU – 27.03.2016
1. 425 dəfə baxılıb
SelefXeber.az saytının redaksiyası sizə keçən həftənin ən əsas və ən maraqlı hadisələrini təqdim edir.
Həftənin ən vacib xəbərləri
İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Biz təmas xəttində tam üstünlüyü əldə etmişik”
“Bu siyasətin arxasında hansı amillərin dayandığını xalq çoxdan bilir”.
“Bu, ədalətsizlikdir”.
“Beynəlxalq məsələlərə gəldikdə, bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, bu məsələ ilə bilavasitə məşğul olanların biganəliyi və bəzi hallarda təxribatıdır. Mən bunu açıq deməliyəm. Azərbaycan xalqı bunu bilir, bilməlidir”. Daha ətraflı
Rusiyalı politoloq: “… bunu Bakı edə bilər”
“Bu Ermənistan üçün dəhşətli ssenaridir”.
Rəsmi Bakı Qarabağı qaytarmaq üçün müharibə ssenarisini alternativ olaraq saxlayır. İndiyə qədər bunu siyasi ritorika hesab etmək olardı. Amma Türkiyənin məsələyə qarışması yeni müharibə riskini artırır.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Tədqiqatlar İnstitutunun Qafqaz sektorunun rəhbəri, politoloq Artur Atayev Azərbaycan Prezidenti İlham Əliyevin Ankara səfərini şərh edərkən deyib. Daha ətraflı
Yəməndə atəşkəs barədə razılıq əldə edilib
Yəməndə hökümət qüvvələri və üsyançı husilər 1-2 həftəlik atəşkəs barədə razılığa gəliblər.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə Assosiated Press agentliyi xəbər verib.
Martın 19-da BMT-nin Yəmən üzrə xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd münaqişənin nizamlanmasına dair yeni raund danışıqları təşkil etmək üçün üsyançıların nəzarəti altında olan Sənaya gəlib. Daha ətraflı
Brüsseldə terror aktını İŞİD törədib
Bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə terror aktları nəticəsində 34 nəfər həyatını itirib.
“Sələf Xəbər” “Report” istinadən xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.
Qeyd olunur ki, metroda baş verən partlayış nəticəsində 20, hava limanında törədilən iki partlayış nəticəsində isə 14 nəfər ölüb. Son məlumatlara görə, ən azı 136 nəfər yaralanıb.
İŞİD terror xəvaric qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Daha ətraflı
KİV: İŞİD Avropada terror aktları törətmək üçün 400 terrorçu-kamikadze hazırlayıb
İŞİD terror xəvaric qruplaşması Avropada terror aktları törətmək üçün azı 400 silahlı hazırlayıb.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat verib.
Məlumata əsasən, silahlılar İraq və Suriya ərazisindəki düşərgələrdə təlim keçiblər. Onlara xüsusilə partlayıcı maddələrdən istifadə etmək öyrədilib. Daha ətraflı
Kiminsə xəvaric olduğunu və İŞİD-çiyə çevrilmək təhlükəsinə düşdüyünü necə bilmək olar?
Günümüzdə o qədər cərəyanlar, özlərini “İslam Camaatı” adlandıran müxtəlif camaatlar və ya qəribə düşüncəli insanlar vardır ki, dində təzə olan insanın həqiqi İslam yolu ilə, yəni Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsi və başda dörd xəlifə Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun) olmaqla – əshabələrinin yolu ilə getmək sanki əlində qaynar kömür daşımaq kimi ağır, gecənin qaranlığında yol getmək kimi çətin bir işə çevrilmişdir. Qət ediləcək yol və qısa müddətdə insanı məhvə aparmaq baxımından günün ən böyük təhlükəsi xəvariclik və təkfirçilikdir. Çünki bu düşüncə nəticəsində insan özünü qısa müddətdə hansısa radikal toplumda, yaxud İŞİD xəvaric terror qruplaşması kimi azğın təşkilatda görə bilər. Bu fikirə düşmək ipi qırılmış boyunbağının dənəsindən tutunmaqdan başqa bir şey deyildir. Axı ip qırılıb, dənələr isə sürətlə yüksəklikdən yerə çırpılır. Daha ətraflı
Küveyt Əmiri Azərbaycana səfərə gələcək – FOTO
zərbaycanın Küveyt Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri bu ölkəyə təyin olunması barədə etimadnaməni Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim edib.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, səfirlikdən verilən məlumata görə, səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşüb və etimadnaməsini Əmirə təqdim edib. Daha ətraflı
Bir zamanlar bütün dünya ərəb dilində danışırdı
İslam mədəniyyətinin yüksəldiyi zamanlarda ərəb dili poeziya, incəsənət və ədəbiyyatda ən çox istifadə edilən ünsiyyət dili idi.
Əgər müsəlman alimləri qədim yunan, roma, misir, fars kitablarını ərəb dilinə tərcümə etməsəydilər, günümüzə qədər gəlib çatmış bir çox elmi əsərlər itirilmiş olardı. Daha ətraflı
Şeyx Saleh Ali Şeyx: Əminamanlıq dinin tamamıdır! – VİDEO
Müdrik alim, şeyx Saleh Ali Şeyx (Allah onu qorusun) cəmiyyət üçün əminamanlığın vacibliyindən danışır. Şəriət dəlilləri əsasənda din və əminamanlığın bir-birini tamamladığını isbat edir.
“Sələf Xəbər” redaksiyası bu haqda hazırladığı videonu sizə təqdim edir. Daha ətraflı
Türkiyə: “Rusiya geri addım atmağa başlayıb”
“Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarda geri addımlar atmağa başlayıb”.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bunu Türkiyə İqtisadiyyat nazirinin müavini Fateh Mətin açıqlayıb. Daha ətraflı