Türkiyə: “Rusiya geri addım atmağa başlayıb”
1. 349 dəfə baxılıb
“Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarda geri addımlar atmağa başlayıb”.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bunu Türkiyə İqtisadiyyat nazirinin müavini Fateh Mətin açıqlayıb.
Mətin dünyada iqtisadi böhranın yaşandığı bir vaxtda Türkiyə iqtisadiyyatının sabit inşikafda olduğunu deyib. Böhrandan ən çox Rusiyanın ziyan gördüyünü deyən Mətin, Moskvanın geri çəkildiyini qeyd edib.
“RusiyaTürkiyə üçün əhəmiyyətli bazardır. Gərginliyin yaşandığı ilk dövrə nisbətən Rusiya tətbiq etməyə çalışdığı sanksiyalardan geri addımlar atmağa başlayıb. Biz prosesi təqib edirik. Türkiyənin idxalatı ixracatından çoxdur”, – deyə Mətin qeyd edib.
Xatırladaq ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dünən verdiyi müsahibədə Rusiya ilə Türkiyə arasındakı böhranın müvəqqəti olduğunu deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 110-cu ayə)
“Allah-Təala bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar”. (Bax: “Təfsir Əs-Saadi”)