Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“ABŞ heç bir zaman Türkiyəni Yaxın Şərqdə güclü görmək istəməyib”

Fevral 16
20:03 2016

“Sələf Xəbər” Ölkə.az-a istinadən bildirir ki, bunu açıqlamasında hərbi-siyasi şərhçi Ramil Məmmədli deyib.

O, bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin son iki gün ərzində Suriya ərazisində fəallaşmasına rəsmi Vaşinqtonun reaksiyasını, buna misal olaraq göstərmək mümkündür:

“Qısaca olaraq tarixi vərəqləsək görərik ki, ABŞ-ın zaman-zaman Türkiyəyə etdiyi hərbi-siyasi dəstək əvvəlcə SSRİ-yə, sonradan isə Rusiyaya görə edilib. Yəni ABŞ-ın Türkiyə ilə “səmimi müttəfiqlik” deyilən bir münasibəti olmayıb. Bu mənada Türkiyənin terrorçu PKK-nın Suriyadakı qruplaşmalarının mövqelərinə endirdiyi zərbələrə görə ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbinin bəyanatı gözlənilən idi. Vaşinqton deyir ki, Hələb şəhərinin şimalında yaranmış vəziyyətdən xeyli narahatdır. Hətta Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını da bildirir. Maraqlıdır ki, bütün bunları – yəni Amerika siyasətinin iç üzünü bilə-bilə rəsmi Ankara nəyə görə, ABŞ-ın oyunlarının oyunçusuna çevrilir, anlaşılan deyil?!”

R. Məmmədlinin sözlərinə görə, Türkiyə bütün imkanlarını səfərbər etməli, qərbin ikibaşlı siyasətinə inanmadan bölgədə, xüsusən də Suriya ərazisində terror qruplaşmalarının yaratmaq istədiyi kürd dövlətinin formalaşmasına imkan verməməlidir:

“Prezident Bəşər Əsədi yıxmaq üçün əks tərəfə verdiyi dəstək artıq Türkiyənin əleyhinə işləməyə başlayıb. Hesab edirəm ki, bundan sonra Türkiyənin bu bölgədə yerüstü əməliyyatlara başlamasından narahat olan qərbin təzyiqlərinə məhəl qoymaq olmaz. Mövcud vəziyyətdə yeganə yol həmin ərazidə Türkiyənin hərbi hegemonluğunu artırmaqdır. İnanıram ki, rəsmi Ankara İraqda etdiyi səhvləri Suriyada təkrarlamayacaq”.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər