Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“Bakı nə Səudiyyənin ittifaqına qoşular, nə də…”

Fevral 18
18:34 2016

Suriya məsələsində Amerikanın mövqeyini aydın başa düşmək olmursa, Azərbaycan özünə niyə əlavə problem yaratmalıdır?!

“Sələf Xəbər” Axar.az-a istinadən bildirir ki, bu fikirləri politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri hesab edir ki, rəsmi Bakı Suriya müharibəsində heç bir dövlətin yanında olmayacaq:

“Çünki Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Rəsmi Bakı hər hansı blok və ya hərbi ittifaqa daxil ola bilməz. Balanslaşdırılan siyasi kurs diktə edir ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirsin”.

Ekspertin fikrincə, Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərəfdaşdır: “Əgər çətin məqam olsa, Bakı Ankaranın mövqeyindən çıxış edə bilər. Ancaq Azərbaycan ilk növbədə öz dövlət maraqlarını güdməlidir.

Bu maraqlara görə nə Səudiyyənin təşkil etdiyi İslam ittifaqına qoşula, nə də Rusiyanın Suriyada apardığı əməliyyatlara birmənalı haqq qazandıra bilərik”.

Siyasi şərhçinin ehtimalına görə, Türkiyə Prezidenti Tayyib Ərdoğan Bakı səfərində Azərbaycanın mövqeyini başa düşəcək.

Qeyd edək ki, fevralın 18-də Türkiyə və Azərbaycan prezidentlərinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında görüşü gözlənilirdi. Amma ötən gecə Ankarada baş verən terror səbəbindən Ərdoğanın Bakı səfəri təxirə salındı.

Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər