Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Bu, Qətərin sonunu yaxınlaşdıracaq – Politoloq

İyun 06
18:05 2017

Həm Səudiyyə Ərəbistanı, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfləridir. Buna görə də Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərginləşməsini istəməzdi.

Selefxeber.az-ın “Axar.az”a istinadən məlumatına görə, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi ilk növbədə vəziyyətin bu həddə çatmasında ABŞ Prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyəyə səfərinin rolunun olub-olmaması məsələsinə aydınlıq gətirib:

“Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridir. Buna görə də Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərginləşməsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, Ər-Riyad Trampın iştirakı ilə “İslam-Ərəb-Amerika” sammitini niyə keçirdi. Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və təxminləri də doğru çıxdı. Tramp dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın və İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanır. Tramp bəlkə özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi”.

İranın bu vəziyyətdən istifadə edərək Ərəb ittifaqındakı çatı dərinləşdirə və Qətəri daha çox öz tərəfinə çəkməyə çalışa biləcəyi məsələsinə gəlincə, politoloq bildirib ki, əgər bu, Tehranda alınsa, Qətər Suriyadan sonra İranla müttəfiq olacaq ikinci ərəb ölkəsinə çevriləcək:

“Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, gərəkən ərzaq göndərəciyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdirdiyi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən, birincisi, Əl Qaidə, İŞİD, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək; ikincisi, Qətər İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Yəmən və Maldiv, bu gün isə Mavriki Qətərlə münasibətləri dayandırıb, bir sıra sanksiyalar tətbiq etməyə başlayıblar.

Bu dövlətlər belə addım atmalarına səbəb kimi Qətərin terror təşkilatlarına verdiyi dəstəyi göstəriblər.

Sələf Xəbər: Uca Allahdan müsəlman dövlətlərin münasibətlərinin yaxşılaşdırılması üçün dua edirik.

Digər xəbərlər