“Bu, Türkiyənin Avropa Birliyinə daxil olmasına geniş meydan açacaq”
818 dəfə baxılıb
Ekspert: “Bunun Azərbaycan üçün də müsbət təsiri ola bilər. Təsəvvür edin ki, Türkiyə Avropa Birliyinə daxil olub. Avropa Birliyinin bir üzvüdür. Bu, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına daha güclü köməklik göstərə bilər”.
“Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin aradan qaldırılması mümkündür. Bununla Türkiyənin Avropa Birliyinə vizasız gediş-gəlişi qaydaları bərqərar olunacaq. Bu, həm də Türkiyənin Avropa Birliyinə daxil olmasına geniş meydan açacaq”.
“Sələf Xəbər” bildirir ki, bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun fikrincə, gediş-gəlişlərin artması Türkiyənin mövqeyinin, iqtisadiyyatının möhkəmlənməsinə təsir edəcək. Avropa Birliyinə inteqrasiya Türkiyəyə çox şey verəcək.
“Bunun Azərbaycan üçün də müsbət təsiri ola bilər. Təsəvvür edin ki, Türkiyə Avropa Birliyinə daxil olub. Avropa Birliyinin bir üzvüdür. Bu, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına daha güclü köməklik göstərə bilər. Ən azından yaxşı perspektivlər açacaq”, —deyə təhlilçi bildirib.
Avropa Birliyi (AB) Komissiyası Türkiyə ilə AB arasında viza rejimi ilə bağlı ikinci hesabatını açıqlayıb. Açıqlamada ilk hesabatın dərc edildiyi 2014-cü ilin oktyabr ayından bəri Türkiyənin atdığı addımlar və bundan sonra nə edəcəyinin lazım olduğu əks olunub.
AB Komissiyasının, həmçinin Türkiyənin də iddialı bir şəkildə istədiyi vizaların qaldırılması üçün islahat prosesini daha da sürətləndirməsi, hesabatda yer alan bütün problemlərə təcili olaraq diqqət yetirilməsi məsələsində Ankaranı təşviq etdiyi də bildirilir.
Komissiyanın üçüncü və son hesabatının bu ilin oktyabr ayında açıqlanacağı nəzərdə tutulur. Hesabatda Türkiyənin şərtləri yerinə yetirdiyi nəticəsinə gəlinsə, Avropa Birliyi Komissiyasının vizaların qaldırılması üçün tövsiyə qərarının verilməsi və ardından da AB liderlərinin bunu təsdiq etməsi gözlənilir.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların vəziyyətini düzəltməyini diləyirik. Amin!