Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Ekspert: “Rusiya İŞİD-lə mübarizə adı altında Suriyada istədiyini edəcək”

Noyabr 18
19:18 2015

Artıq Rusiyanın Müdafiə Nazirliyi Suriyada İŞİD terror xəvaric qruplaşması ilə mübarizəyə strateji bombardımançı təyyarələri də cəlb edib.

Tu-160, Tu-95MS, Tu-22 ağır bombardımançı təyyarələri dünəndən başlayaraq Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərini bombalayıblar.

“Sələf Xəbər” Ölkə.Az-a istinadən bildirir ki, Rusiyanın Suriyada apardığı hava əməliyyatlarını hərbi ekspert Üzeyir Cəfərov belə şərh edib:

“Rusiyanın İŞİD terror xəvaric qruplaşması ilə bağlı münasibəti qeyri-səmimidir. Ona görə ki, İŞİD terror xəvaric qruplaşması ilə bağlı bütün dünya bar-bar bağıranda Rusiya gözləmə mövqeyi tutdu. Rusiyanın, ümumiyyətlə, son illərdə terrorçu qruplaşmalar və terrorçuların dəstəklənməsində özünün dəsti-xətti var. Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsində, o cümlədən separatçılara dəstək verib Krımı işğal etməklə bir daha göstərdi ki, Rusiya heç vaxt səmimi olmayıb. Rusiyanın Suriya məsələsi və İraqdakı hərəkətləri İŞİD terror xəvaric qruplaşmasının tam sıradan çıxarılmasına hesablanmayıb.

NATO üzvləri açıq şəkildə bəyan etdilər ki, Rusiyanın İŞİD terror xəvaric qruplaşmasına qarşı apardığı mübarizədən mülki şəxslər və infrastruktur ziyan görür. Ona görə də, onlar Rusiyanı bu addımlardan çəkindirməyə çağırırlar. Rusiya İŞİD terror xəvaric qruplaşmasına qarşı strateji bombardımançılardan istifadə etməyə başlayıb. Bundan sonra İŞİD terror xəvaric qruplaşması ilə mübarizə adı altında Kreml Suriyada istədiyini edəcək. Sabah təəcüblənmərəm ki, Əsəd rejiminə qarşı döyüşən qüvəlləri də bombalaya bilər. Bu Rusiya üçün adi bir haldır. Rusiya bir növ özünün dünyada hegemonluğunu sübut etmək istəyir. Ancaq dünyanın aparıcı dövlətləri bunu qəbul etmir”.

Qeyd edək ki, Rusiya sentyabr ayının 30-dan Suriyada hava əməliyyatları keçirir.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər