Ərdoğan hakimiyyəti 14 ilə Türkiyəni 79 illik dövrdən daha çox inkişaf elətdirib – VİDEO
1. 594 dəfə baxılıb
Türkiyə Cümhuriyyəti 1923-cü ildə yarananda iqtisadi tənəzüllə qarşı-qarşıya idi. Ölkənin siyasi müstəqilliyi getdikcə möhkəmlənsə də, iqtisadi çətinliklər azalmırdı.
Selefxeber.az-ın məlumatına görə Axar.az xəbər verir ki, Türkiyənin qurucusu Musatafa Kamal Atatürkdən bəri dövlət başçıları zaman-zaman ölkənin düşdüyü iqtisadi çətinlikləri dilə gətirirdilər.
“Millət min bir ehtiyac içərisindədir, böyük təhlükələr var. Şagird öyrənmək ehtiyacını belə itirib”, – İsmət İnönü 1970-ci ildə deyirdi.
1970-ci illərdə Türkiyə iqtisadiyyatı tarixin ən pis dövrünü yaşayırdı.
“Hər il artan 1 milyon vətəndaşı hara yerləşdirəcəyəm? Hər gün 3 min uşağa yeməyi, paltarı haradan tapacağam?” – Süleyman Dəmirəl həyəcan təbili çalırdı.
Dükanlarda camaşır tozu, yağ, duz qəhətə çıxmışdı. Hər bir vətəndaş gün ərzində yalnız 1 qutu siqaret ala bilərdi. 1983-1991-ci illər ərzində cəmi 240 kilometr yol çəkilmişdi.
1994-cü ildə Tansu Çillər deyirdi:
“İqtisadi uğursuzluq bütün ölkənin itirilməsinə səbəb ola bilər. Türk lirəsinin faiz dərəcələri durmadan artır”.
Bəs Türkiyə iqtisadiyyatında möcüzəvi sıçrayış nə vaxt baş verdi?
2002-ci ildən başlayaraq AKP hökuməti ölkənin borc məngənəsindən çıxması üçün ciddi addımlar atmağa başladı.
2013-cü ildə hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxşılarının birində ölkənin gəldiyi iqtisadi inkişafı belə izah etmişdi:
“1961-ci ildən bu günə qədər BVF ilə 19 müqavilə imzalanıb. Ümumilikdə 56,5 milyard dollarlıq borc yaranmışdı. Türkiyə uzun müddətdən sonra BVF-yə olan borcunu ödədi. Artıq BVF-yə borclu olan ölkə yox, bu quruma borc verən ölkəyik.
81 vilayətimizə 12 il ərzində 676 milyard 700 milyon lirə sərmayə qoymuşuq. 79 il ərzində 6100 kilometr yol çəkilib. Ancaq biz 11 ildə 17 min kilometr yol çəkdik.
Pulumuzdan 6 sıfırı atdıq. Milli tankımız “Altay”, milli gəmimiz “Milgem”, pilotsuz uçuş aparatımız ANKA, təlim təyyarəmiz “Hürquş”u hazırladıq. İndi dünyanın ən sürətlə inkişaf edən 20 ölkəsindən biriyik. Dünyanın ən böyük 17-ci iqtisadiyyatına sahib bir ölkəyik”.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”)