Erməni analitik: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”
886 dəfə baxılıb
“Son hadisələr göstərdi ki, Rusiya – bizim müttəfiqimiz deyil”.
“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, bu barədə erməni analitik, keçmiş “Qarabağ” komitəsinin üzvü Albert Baqdasaryan 1 inş.am portalına müsahibəsində deyib.
“Ermənistan hakimiyyəti son vaxtlar arsızcasına hər şeyi etdi ki, ölkə izqoy-ölkəyə (“izqoy” – “lənətlənmiş” – red.) çevrilsin. İzqoy-ölkə o deməkdir ki, dünyada heç kim tərəfdaş kimi sənə etibar etməyəcək. Ermənistana ən yaxşı halda Rusiyanın vassalı, marionet ölkə kimi baxacaqlar” – Baqdasaryan deyib.
O, hakimiyyətin dövlət siyasətini rəhbər tutmadığını söyləyib: “Məsələn, müharibə idi, həyəcanlı vəziyyət idi, amma hakimiyyətdəkilər susurdular. Azərbaycanlıların hara çatması, hansı kəndləri ələ keçirməsi haqda xalq özü öyrənir, özü könüllülər yığırdı və s. Müharibənin 4-cü günü, ondan əvvəlki və sonrakı günlər göstərdi ki, bizdə xarici işlər naziri yoxdur, bizdə Rusiya KQB-nin agenti Edik Nalbəndyan (xarici işlər naziri – red.) var”.
Erməni analitik daha sonra deyib: “Ümumilikdə Rusiya öz müstəmləkələrini və öz xalqını təbliğatla yemləyir. Bizim hakimiyyət də Rusiya hakimiyyətinin yerli marionetidir. Bu təbliğatla bizim xalqı yemləyirlər. Biz real siyasi vektorlar və siyasi dəyərlər yaratmaq əvəzinə – hansılar ki, müttəfiqləri, müttəfiqlik dəyərlərini, perspektivləri müəyyən edir – boş sözlər danışır, “Rusiya bizim müttəfiqimizdir” deyirik. Müharibə göstərdi ki, hamı yalan danışır. Serj Sarkisyan Merkellə yanaşı dayanıb bəyan edir ki, biz 80-ci illərin silahları ilə vuruşuruq, Ermənistanda isə xalqı yalanla yemləyərık deyir ki, bizə ən müasir silah növləri verilib, bu yaxınlarda biz öz hesabımıza daha 200 milyon dollar borc götürmüşük və öz pulumuza əlavə silahlar alacağıq – hansı ki, indiyədək verilməyib”.
“Siyasətdə heç kim sözü rəhbər tutmur. Hətta əgər adi insani münasibətlərdə biri daima and içir, onu döyürlər, o isə deyir zərbə güclü deyildi – belə bir adamı sən tərəfdaş hesab edə bilməzsən. Sən onunla ova, toya gedə bilmərsən, sən onun tərəfdaş olduğunu deməkdən utanacaqsan. Biz indi arada Azərbaycana etiraz bildirən dilənçinin durumundayıq. Azərbaycan bir şeyi dəqiq bilərək öz ərazi bütövlüyünü bərpa edəcək: Putin imperiyası əbədi deyil, Putin imperiyası bir neçə on il və ya daha az mövcud olacaq və bu imperiya dağılandan sonra Azərbaycan əvvəlki səhvini daha buraxmayacaq, imkan verməyəcək ki, Qarabağ müstəqil olsun. O zaman Türkiyə-Azərbaycan tandemi işləyəcək. Və o zaman iqtisadi, siyasi və psixoloji cəhətdən məhv olmuş, boşalmış izqoy Ermənistan imperiyanın növbəti çöküşündən sonra Yer üzündən silinəcək”, – deyə erməni ekspert sonda vurğulayıb.
Sələf Xəbər: Uca Allahdan torpaqlarımızın düşmənlərdən alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!