Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

Ermənilərin İŞİD-lə işbirliyi – “Dünya yenə gözünü yumacaqmı?”

May 16
16:50 2016

“Metsamor”dan əldə etdikləri uranı terrorçulara satmaq üçün Ermənistan PKK-nın köməyi ilə İŞİD terror xəvaric qruplaşması ilə əlaqə yaradır.

“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Son vaxtlar isə İŞİD terror xəvaric qruplaşması çirkli bomba hazırlamaq üçün bu stansiyadan yararlanmaq istəyir. Ermənistanın radiaktiv maddələri satmaq üçün İŞİD terror xəvaric qruplaşması ilə əlaqəyə girməsi barədə məlumatlar var.

Ermənilər “Metsamor” AES-də istifadə edilən uran üçün bahalı müştəri tapıblar. PKK-nın vasitəçiliyi İlə İŞİD terror xəvaric qruplaşması ilə əlaqə saxlayan Ermənistan çirkli bomba hazırlamaq üçün terrorçulara hava-su kimi lazım olan bu maddənin satışını təşkil etməyə çalışır.

Qabil Hüseynli – politoloq: “İstifadə edilmiş uranın İŞİD terror xəvaric qruplaşmasına göndərilməsinə cəhd göstərirlər. Onlar terroçularla danışıb, uranı onlara satmaq istəyirlər. Bu əlaqə PKK vasitəsilə qurulur. Bu məsələləri nə dərəcə həll edə biliblər, araşdırmada məlum olur. Çünki İŞID terror xəvaric qruplaşması da çirkli bombalardan danışır, eyni vaxtda Ermənistan da. Demək ki, əlaqə qura biliblər”.

Onu da deyək ki, Ermənilərin uranın qaçaqmalçılıq yolu ilə satarkən yaxalanması barədə 1999-cu ildən bəri 12 fakt qeydə alınıb. Ukraynanda, Gürcüstan – Türkiyə, Ermənistan – İran, ən çox da Ermənistan-Gürcüstan sərhəddində yaxalanan ermənilərin uran satmaq cəhdlərinin qarşısı dəfələrlə alınıb.

Qabil Hüseynli: “Sonuncu fakt Gürcüstandan sadaxlıdan dəyəri 200 milyon dollar olan Uranın keçirilməsi olmuşdu. Bunu gürcü xüsusi xidmət orqanları yaxaladılar. Ötən il İrana çox böyük məbləğdə saflaşdırılmış uranı ötürərkən saxlanmışdılar. Bu maddələr terrorçuların əlinə keçsə, kütləvi qırğınlar baş verə bilər”.

Elə ötən ay Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı üç Ermənistan vətəndaşı 200 qram Uranı satmaq cəhdinə görə həbs edildi. Müəyyən olundu ki, onlar əvvəllər “Metsamor” AES-də işləyiblər.

İndi nüvə silahlarının yeni, tez başa gələn, asan daşına bilən növləri meydana çıxıb. Buna çirkli nüvə silahı deyilir. Bu silahısa atom bombasından fərqli olaraq tək saflaşdırlmış urandan yox, ermənilərin satmağa çalışdığı çikrkili radioaktov maddələrdən də hazırlamaq mümkündür. Və yenidən qayıdaq İŞİD terror xəvaric qruplaşmasının bəyanatlarına. Terorrçular dünyanı daşına bilən nüvə silahları ilə hədələyir. Ermənistansa eyni hədəni Azərbaycana qarşı edir.

Dünya diqqət yetirsə, “Metsamor” AES-in region ölkələri üçün yox, bütün dünya üçün təhlükə mənbəyi olduğunu görər. Bu istismar müddəti çoxdan başa çatmış, seysmik zonada yerləşən stansiya indi terrorçular üçün radiaktiv maddələrə çevrilir. Buna reaksiya verməməksə, açıq qlobal təhlükəyə göz yummaq deməkdir. Görək, dünya yenə gözünü yumacaqmı?

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər