Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

“Ermənistan Rusiyanın cibindədir”

Aprel 07
19:33 2016

“Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın marağı olsa, münaqişənin həlli ilə bağlı dönüş yarana bilər”.

“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində dönüş əldə etmək qeyri-mümkündür: “Onlar orta səviyyəlidir. Onların işi hansısa təklifləri tərəflərə çatdırmaq, hansısa razılaşma üçün fikirləri öyrənməkdir. O ki, qaldı münaqişənin həlli üçün dönüşün yaranması məsələsinə, Ermənistan Rusiyanın cibindədir. Rusiyanın bunda marağı olsa, münaqişənin həlli ilə bağlı dönüş yarana bilər”.

Qeyd edək ki, danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etmək məqsədi ilə ATƏT-in həmsədrləri dünən Bakıda səfərdə olublar. Həmsədrlər bu gün Xankəndi və İrəvanda görüşlər keçirməyi planlaşdırırlar.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər