Facebook-un zərərləri
1. 338 dəfə baxılıb
Sahibkarlar adətən, pul və vaxt cəhətdən sıxıntı çəkir, lakin bu meyarların hər ikisini azaldan bir vərdişə, Facebook-a aludə olurlar. Dünyada hər 9 insandan 1-i dünyanın ən asılılıq yaradan sosial şəbəkəsinə, 750 milyondan çox aktiv hesabı olan Facebook-a daxil olur. Araşdırmalar göstərir ki, Facebook bizi daha çox pul xərcləməyə, daha az işləməyə sövq edir və ümumiyyətlə, bizi ruhdan salır. Bəs, əgər bunları biliriksə, Facebook işə yeni başlayanlar üçün maneə deyilmi?
Facebook-un əzmli sahibkara qarşı necə müqavimət göstərdiyini təfsilatlı şəkildə izah edən 6 səbəb:
1. Facebook vaxtı israf edir
Mən Facebook-a təqribən 8 il öncə, 2007-ci ildə qoşulmuşdum. Orta hesabla həftənin iç günləri Facebook-a bir saat, həftə sonları isə əlavə 2 saat vaxt sərf edirdim. Bu isə həftədə 10 saat və ya orta hesabla 1 iş günü deməkdir. Bu isə Facebook-da keçirilmiş 4, 160 saat, 173 gün və ya 24 həftə və ya bütöv 6 aya bərabərdir! Sahibkarlar adətən vaxt azlığından əziyyət çəkir – həyatınızın 6 ayını yad bir şəxsin tətil şəkillərinə baxmaqla hədər etmək sizə sərf edir?
2. Facebook pul tələsidi
2012-ci ildə Facebook, şirkət səhmlərini ictimaiyyətə satmaq üçün hökumətə müraciət edib. Təqribən, 75 milyard dollarlıq Facebook “səhmləri” bizim profillərimizə yerləşdirdiyimiz məlumatlardan ibarətdir. Facebook bizə aid məlumatları invaziv reklam kampaniyaları həyata keçirən şirkətlərə satır. Bir vaxtlar məzəli, sadə bir platforma olan Facebook-u, indi 200 milyard dollarlıq şirkət üçün qızıl mədəni olan reklamlar zibilləyib. 2013-cü ilin dekabr ayında, Facebook video reklamlar buraxaraq, şəbəkəni pul qıtlığından əziyyət çəkən sahibkarlar üçün təhlükəli bir mühitə çevirdi. Statistika göstərir ki, Facebook, bizim vasitəmizlə, bizim onun vasitəsilə qazandığımız puldan daha çox pul qazanır.
3. Facebook üçün darıxmayacaqsız
Keçən ay, “Huffington Post” qəzeti “Geri dönmədən Facebook-u necə tərk etmək olar” adlı məqalə dərc edərək, Facebook-u tərk etdikdə meydana gələn təşviş hissini yüngülləşdirmək üçün, insana digər bir kanalda təskinlik tapmağı təklif edir. Sahibkarlıq məşğuliyyətinizə mane olacaq deyil, onu dəstəkləyəcək sosial mətbuat platformasına sərmayə qoyun (mənim seçimim Twitter-dir). Sahibkarlar öz vaxtlarını gəlir gətirən, əlaqələri genişləndirən və brendini möhkəmləndirən platformaya sərf etməlidirlər. Facebook platformasındakı “zibil yeşiyi” isə bunun üçün işə yaramır. İnsan öz hesabını sildikdə, Facebook çox güman ki, istifadəçinin zəiflik edərək sadəcə, şəbəkəyə yenidən daxil olmaqla geri dönəcəyi ana arxayın olaraq 14 günlük “soyuma” dövrünü israrla təklif edir.
4. Şəxsi profillər daha şəxsi deyil
Ötən il Facebook mübahisəli bir addım ataraq istifadəçilərə axtarış zamanı adlarını gizlətməyə imkan verən opsiyanı aradan qaldırdı. Facebook əsasən “Məxfilik panelində” mövcud olan saysız-hesabsız opsiyalara əlavə etməklə istifadəçilərin özlərinə məxsus məlumatları şəxsi saxlamaq hüquqlarını pozur. Öz profilinizi başqa insandan gizlətməyin yeganə yolu, onları bloka salmaqdır. Qısacası, Facebook sizdən açıq kitab kimi istifadə edərək gəlir əldə edir və sizin bu kitabı bağlamağınızı istəmir. Bu sistem sahibkarlara, onların şəxsi Facebook profillərini asanlıqla əldə edən potensial işçilər, sərmayəçilər və həmkarlarını diqqətlə araşdırmaq qabiliyyətini zəiflədir.
5. Facebook sizə xoşbəxt olmağa maneçilik törədir
Bu yaxınlarda Yuta Vadisi Universitetinin Davranış Elmi Şöbəsinin həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, Facebook sayəsində biz həyatımızın mənfi tərəflərini qabardırıq. 400 tələbədən ibarət araşdırmanın nəticəsi belə olub ki, Facebook-u daha çox istifadə edənlər digərlərinin daha xoşbəxt olduğuna daha çox, həyatın ədalətli olduğuna isə daha az inanırlar. Və hər həftə Facebook-da daha çox vaxt keçirənlər digərlərinin daha xoşbəxt olduğuna və daha yaxşı həyat sürdükləriylə razılaşıblar. Sahibkarlar motivasiyanı Facebook-dan kənarda axtarmalıdırlar. Bir araşdırmaya əsasən, Facebook təcrübəsinin törəməsi olan sosial müqayisə, istifadəçini öz həyatı barədə naşükürlük etməyə sövq edir.
6. Facebook-a etibar etmək olmaz
Bu il, Facebook-un 689 min istifadəçisinin icazəsi olmadan onların məlumatlarından istifadə edərək həyata keçirdiyi məxfi araşdırma üzə çıxıb. Facebook “emosional yoluxma” barədə təfsilatlı hesabat işləyib hazırlamaq üçün istifadəçilərin hesablarındakı məlumatlardan bəhrələnib. Bu Facebook-un ictimaiyyətin məlumatlarının qeyri-etik şəkildə istifadəsinin sadəcə bir nümunəsidir və öz əqli mülkiyyətlərini qorumaq istəyən sahibkarlar bu platformada təhlükəsizlikdə deyil. Yadda saxlayın, Facebook-a hər hansı məlumatı daxil etdiyimiz an, o məlumat artıq bizim olmaqdan çıxır. Bu gün Facebook sahibkarların təhlükəsizliyini təmin etmək üçün daim xidmət şərtlərini yeniləndirir. Lakin sabaha etibar yoxdur.
Mənbə: www.entrepreneur.com/
Sələf Xəbər: Vaxtilə ən böyük elmi, mədəni naliyyətlərə, ən üstün əxlaqi keyfiyyətlərə, Allahın bəxş etdiyi izzət səbəbi ilə cahanda qəbul olunan sözə, zəhmə sahib, şəriətin əmrlərinə dörd əllə sarılan müsəlmanlar bu gün dinlərindən uzaqlaşdıqca əsrlər boyu onlara paxıllıq edənlərin hazırladıqları məkirli planlardan birinə, virtual tələlərə tuş gəlirlər. Allahın ayətlərinə biganələşdikcə acizləşən müsəlmanlar, imtahanlara, sıxıntılara düçar olurlar.
Sözügedən bu virtual “xərçəng xəstəliyi” metastaz verərək onların həyatının hər yanına siyarət edib. İsti münasibətlər, saf duyğular, qonşu haqları, qohum ziyarəti, dost məclisləri yadırğanmış köhnə ənənəyə çevrilib. Hər kəs virtualda bir dünya qurub, özünü bu dünyada “əhəmiyyətli” hiss edir. Özümüzdən xəbərsiz şeytani bir asılılığın pəncəsinə düşmüşük. Bəlkə də, xəbərimiz var, lakin nəfsimiz, təkəbbürümüz, ya da qəlbimizi qaraldan günahlarımız bizə bu bataqlıdan uzaqlaşmağa imkan vermir. Uca Allah möminləri Quranda belə vəsf edir: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyurlar”. (Ət-Tövbə,71).
Demək ki, qardaşının halına biganə qalmaq möminin sifəti deyil. Allahın bu ayəsi məqalənin yazılmasının ən böyük səbəbidir. Bu minvalla yola çıxdım. Amma milyonlarla fəsadın tüğyan etdiyi bu haramın harasından başlayıb, necə bitirəcəyimi qərar verə bilmədim. Əslində, hər bir müsəlmanın bunun fərqində olduğunu nəzərə alıb, hallarını alimlərin məsləhətinə həvalə etdim.
“Facebook-un bizə vurduğu ziyanları sadalamaqla bitməz və bütün bunları bir məqalədə sığdırmaq mümkün deyil. Vaxt israfı, pul israfı, qiybət, nəmmamlıq (ara vurmaq), faydasız danışıq, harama baxmaq, haramı paylaşmaq, günahda yardım, faydasız mübahisələr, zənn, fitnə, qədərə üsyan, həsəd, göz, nəfs, faydasız dostlar, riya, təkəbbür, iradəsizlik, zina və s. Facebook-un səbəb olduğu zərərlərdəndir.