Sələf Xəbər


İCMAL VƏ RƏY

 Son Xəbərlər

G20 Hambuq zirvəsinin nəticələri – Təəssüf

İyul 12
18:48 2017

Bir neçə gün sonra zirvə görüşünün kimə nə verdiyini, eləcə də siyasi yöndə nəyə nail olunduğu sualı veriləcək.

Gəlin G20 zirvə görüşünün reallıqlarını ortaya qoymağa cəhd edək. O polisin qeyri-demokratik və aqressiv davranışı, təsirli və cəsarətli etirazlar və 76 000 insanın izdihamlı nümayişi, eləcə də cinayətkar qrupun tənqid edilən hərəkətlərilə yadda qalacaq. Biz təxribatçıların sayını da öyrənəcəyik. Müstəqil komissiya yaradılmasına ehtiyac var.

G20 zirvə görüşünün hansı siyasi və iqtisadi nəticələri oldu?

Xərclər: Xərclər rəsmi olaraq 130 milyon avronu çoxdan keçib. Artıq söhbət 300 milyondan gedir. Hələ bura hər şey daxil edilməyib. Kiçik dükanların gəlirlərinin kəsilməsi, işə gedə bilməyən insanlar, nəqliyyatda yaradılan xaos, hamburqa gedə bilməyən turistlər və s.

Bu cür zərərlər “siyasi uğur” qazandıra bildimi?

Yekun bəyannaməyə nəzər saldıqda onun görüntü yaradan xarakterdə olduğunu görmək olur.

Bura daxil edilməyən məsələlər:

  • BMT-nin Qlobal İqlim Fondu barədə bir söz belə deyilməyib.
  • BMT Davamlı İnkişafın hədəflərinin yerinə yetirilməsi üçün gələcəkdə maliyyə və siyasi dəstək veriləcəyi deyilmir. Onlar təşviqat xarakteri daşıyır və həyata keçirilməsi üçün heç bir tədbir nəzərdə tutulmayıb. Aclıq və yoxsulluqdan əziyyət çəkən insanlar fəal dəstək gözləyir. Buna görə də Afrikanın inkişaf etmək şansı yoxdur.
  • Paris İqlim sazişinin icrası üçün heç bir təşəbbüs göstərilməyib. 2015-ci il müqavilələri necə icra olunacaq?
  • Tullantılar necə azaldılacaq, yoxsul təbəqə qlobal istiləşmə ilə necə mübarizə aparacaq? Yekun bəyannamədə bunların heç biri yoxdur. Almaniya bu hakimiyyətilə hələ də öz kömür müəssisələrindən imtina etmək və iqlim sahəsində hansısa məqsədə çatmaq fikri yoxdur.
  • Tərkisilahdan danışılmır. Əgər ABŞ 1,7 trilyonluq hərbi xərcələrini azalmazasa iqlim dəyişikliyinə dair davamlı inkişaf hədəflərinə necə nail olmaq olar?
  • Vətəndaş müharibələrinin həlli və böhranların qarşısının alınmasına dair heç nə deyilmir. Müharibə və böhranlar nəticəsində hər gün Əfqanıstan və Suriyada minlərlə insanın öldürülməsi halı davam edəcək.

Yekun bəyannaməyə nələr daxildir?

  • Neoliberal iqtisadi və ticari siyasətin uğursuzluğunun etirafı. Qlobal neoliberal dünya ticarəti və milli ticarətin qorunması kasıb ölkələr üzərindən həyata keçirilir. Hər ikisi ədalət və ədalətli ticarətə ziddir.
  • Almaniya hökuməti aqressiv şəkildə ixrac siyasəti yürüdür. Bu Avropa və dünyanın digər yerlərində qeyri-bərabərliyə, iqtisadi stabilliyin pozulması və siyasi böhranların yaranmasına gətirib çıxarır.
  • İldən-ilə daha enerjinin ehtiyatının həcmi artır. Xüsusilə də, ABŞ və G20-yə daxil olan digər ölkələrdə. Təbii yanacaq əsrində mühüm mərhələ təxirə salınaraq, planetin mövcudluğunu şübhə altında qoyur.
  • İqlim dəyişikliyinin nəticələri gündən-günə arır və ən yoxsul insanlara ziyan edir.
  • Bu ədalətsizlik çətin ki, uğur sayıla bilər.
  • Miqrant və imiqrantlar məsələsində qərəzli mövqe tutulur. Onları necə olur olsun Avropa hüdudlarından kənarda saxlayın.
  • Natiqlik qabiliyyətinin nümayişi deyilsə, insan haqqları hamıya yaddır.
  • Dildə “inkişaf”dan danışılır. Halbuki böhranlar və qarşıdurmalar elə bu “inkişaf”ın nəticəsidir. Qadınların azadlığı á la İvanka Tramp da daxil olmaqla azlıq təşkil edən mənfur kapitalistlərin inkişafı üçün boğulur.
  • “Yeni tuluqlarda köhnə şərab”. G20 zirvə görüşünün yekun bəyannaməsinin Afrikaya aid hissəsini bu cür təsvir etmək olar. Neoliberal ticarət siyasəti, “bazarlar”ın açılması, ölkə ehtiyatlarının daha çox istusmar edilməsi üçün gömrük rüsumlarının azaldılması.

Görüntü yaradaraq Paris İqlim sazişinə zərbə vuran bu nəticələrə nail olmaq üçün:

  • demokratiya boğulub
  • millərlə məsafədə olan ətraf mühit çirklənməyə məruz qalıb
  • böyük həcmdə israfçılığa yol verilib
  • və BMT sistemi zəiflədilib

Bu məsuliyyətsiz siyasətdir. Nə üçün? Bir sıra şirkətlərin və bankların  və qlobal oyunçuların gəlirlə təmin etmək üçün. Küçələrdə onlarla insanın cəsarətli etirazı ümidvericidir. Digərləri də buna qoşulmalı və ekoloji, demikratik və mizantrop dəliliyə son qoymalıdır.

P.S Əgər Suriyanın cənub-qərbində atəşkəs əldə edilərsə- bu əla olar. Lakin iki centlmen Alyaskada daha ucuz, daha asanlıqla görüşə bilərdi (bu plan İordaniyada uzun müddət danışıqlar mövzusu olub)

Reyner Braun, Beynəlxalq Sülh Bürosunun (BSB) həmsədri, Kristin Karç, beynəlxalq  “Müharibəyə Yox NATO-ya YOX” şəbəkəsinin həmsədri

 

Eurasiadiary.com

Sələf Xəbər: Qeyd etmək mühümdür ki, tam və mütləq hakimiyyət (demokratiya prinsiplərinin iddia etdiyi kimi) xalqa deyil, yalnız bir olan Allaha məxsusdur. Uca Allah buyurur: “Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur?” (Müqəddəs Quran, “Maidə” surəsi, 40-cı ayə)

İslam insanlara yol hərəkəti qaydaları kimi, əhalinin təhlükəsizliyini və rahatlığını tənzimləyən və qoruyan müxtəlif qanunları və qaydaları yaratmağı və müəyyən etməyi icazə verir. Lakin insanların icad etdiyi bütün qanunlar Uca Allahın qoyduğu qanunlara zidd olmamalıdır.

İnsanların əksəriyyətinin fikrinə gəlincə isə, bu fikir Allahın qanunlarına zidd olduğu təqdirdə, o düzgünlüyün və ya yanlışlığın meyarı ola bilməz. İstənilən qanunlar Yaradanın Quran və Sünnənin müqəddəs mətnlərində toplanan qərarlarına əsaslanmalıdır (və ya onlara zidd olmamalıdır).
Buna dəlil Uca Allahın sözləridir: “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 36-cı ayə).

Bununla bağlı, Uca Allah öz peyğəmbərinə və bütün müsəlmanlara Onun qanunları ilə hökm verməyi və insanların çağırdığına qulaq verməməyi qəti surətdə əmr etmişdir. Uca Allah buyurdu: “Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma.” (Müqəddəs Quran, “Maidə” surəsi, 48-ci ayə).

İslamın həqiqi mənası məhz budur, “İslam” sözü “İstislam” (təslim olmaq – insanın xoşuna gəlsə də, gəlməsə də, Uca Allahın iradəsinə tam təslim olmaqdır) sözündən əmələ gəlir.

Digər xəbərlər