İŞİD niyə qurbanlarının başını kəsir?
2. 895 dəfə baxılıb
“Sələf Xəbər” Politico jurnalına istinadən amerikalı alimlərin araşdırmasını təqdim edir.
2014-cü ilin iyun ayına qədər bir çox amerikalılar İŞİD terror xəvaric qruplaşması ilə tanış deyildilər. İŞİD kimi tanınan qəddar hərbi qruplaşma Mosulu və İraq və Suriyanın əhalisinin əksəriyyəti sünni olan əraziləri zəbt etdikdən sonra beynəlxalq xəbərlərdə hökmranlıq etməyə başladılar. Avqust ayında amerikalı jurnalistlər Ceyms Foli, Stiven Sotloff və Britaniyalı humanitar yardım işçisi Devid Heynsin başlarının kəsilməsi ilə İŞİD-in ad-sanı daha da artdı. Ötən cümə günü İŞİD digər britaniyalı humanitar yardım işçisi Alan Henninqi qətlə yetirdi və keçmiş ABŞ Ordu Renceri Piter Kassiqi öldürməklə hədələdi.
Bu qətllər insanların diqqətini həddən artıq cəlb etdi. NBC News kanalı və Wall Street Journal jurnalının keçirdiyi sorğuya əsasən, Folinin başının kəsilməsi “son 5 ildə Amerikada ən çox insanın xəbərdar olduğu” xəbər olub. Sentyabr ayında keçirilən sorğunun nəticələri göstərib ki, indi amerikalıların 60%-i İraq və Suriyada hərbi əməliyyatları dəstəkləyir. Bu göstəricilər, keçən il iyun ayında keçirilmiş sorğunun nəticələrindən 36-39% çoxdur. Bu 4 şəxsin qatilləri Amerika xalqını və hökumətini ciddi şəkildə narahat edib.
Bu sarsıdıcı qətllər insanların hissiyyatına toxunmaqla bərabər, həmçinin baş kəsilmənin səbəbləri barədə müxtəlif fərziyyələrin irəli sürülməsinə səbəb olub. Yanlış fərziyyələrdən biri odur ki, guya onlar baş kəsməklə yalnız Qərbə hədə-qorxu gəlmək istəyirlər. Əksinə, baş kəsmə 2004-cü ildə İŞİD terror xəvaric qruplaşmasının törəməsinə səbəb olan əl-Qaidə terror təşkilatının İraqda əsasını qoymuş Əbu Musab əl-Zərqavinin başlatdığı və düşünülmüş şəkildə həyata keçirilən strategiyadır. O, insanları daha çox cəlb etmək və İraq və Suriyada düşmənləri ilə mübarizə aparmaq üçün hərbi güc toplamaq məqsədilə amerikalı Nik Berqin başını kəsmişdi.
Bu strategiyanı davam etdirmək məqsədilə, İŞİD terror xəvaric qruplaşması hal-hazırda təqribən 3 min nəfərdən ibarət döyüş qüvvəsinin sayını artırmaq üçün daha çox insan cəlb etməyə ehtiyac duyur. Rəqiblərin – Kürd “Peşmerqa” döyüşçülərinin, İraq və Suriya hökumət qoşunlarının və hətta potensial sünni qəbilələrin sayı daha çoxdur. Yəni İŞİD terror xəvaric qruplaşması daha böyük gücə malik düşmənlərlə əhatələnib və İraq və Suriya daxilində İslam və Sünni dövləti qurmaq üçün hərbi gücünü artırmalıdır.
Bəs baş kəsmək nəyə lazımdır? Bir sözlə, bu reklamdır. Onlar özlərini İslamın ən böyük düşməninə qarşı mübarizə aparan ən böyük qruplaşma kimi təqdim edirlər. Bu, İŞİD terror xəvaric qruplaşmasına güclü anti-amerika hissləri ilə aşıb-daşan daha çox insanı cəlb etməyə imkan verir. Qruplaşma de-fakto dövlət qurmağa çalışdığı müddətdə yerli döyüşlərdə vuruşmağa xeyli insan lazımdır. Bəli, baş kəsmək Qərb ictimaiyyətini qorxutmaq və hədə-qorxu gəlmək üçündür. Lakin bu, diqqətini bilavasitə yaxında olan düşmənləri məhv etməkdə cəmləmiş İŞİD terror xəvaric qruplaşmasının ikinci məqsədidir.
İŞİD terror xəvaric qruplaşmasının qlobal yox, daha çox regional məqsədə çatması üçün öz resurslarını yerbəyer etməsinin bir sübutu da var. İŞİD terror xəvaric qruplaşması İraq, Suriya və Livanda intiharçıların iştirakı ilə 100-dən çox terror aktı törədib. Təqribən 2 min nəfərin qərblilər olduğu 30 min döyüşçüyə sahib qruplaşma qərbli mülki şəxsləri də öldürməyə qadirdir. Lakin, avqust ayının sonlarında ABŞ-da “vətənə qarşı xüsusi, ehtimal edilən təhlükələrlə” əlaqəli heç bir hadisə qeydə alınmayıb. Bundan əlavə, İŞİD terror xəvaric qruplaşmasının intiharçı qurbanlarının görüntüləndiyi video yazılarda qərbli döyüşçülər İraq və ya Suriyada ölümlərinə səbəb olacaq əməliyyatları həyata keçirməzdən əvvəl pasportlarını yandırırlar. Belə görünür ki, İŞİD terror xəvaric qruplaşması bu döyüşçülərin qəddarlıq törətmək üçün Qərbə qayıtmalarını planlaşdırmayıb, əksinə İraq və Suriyanın ön cəbhələrində onlardan kifayət qədər yararlanıb. Həqiqətən, Qərbə qarşı hücumlar təşkil edən əl-Qaidə terror təşkilatının kiçik bir qolu olan “Xorasan qrup” təşkilatı, Federal Təhqiqat Bürosunu İŞİD terror xəvaric qruplaşmasından daha çox narahat edir.
ABŞ bunu nəzərə almalı və məsələni həddən artıq şişirtməməlidir. Prezident Obama havadan hücumlar təşkil etmək və qeyri-amerikalı yerli döyüşçülərin İŞİD terror xəvaric qruplaşmasına qarşı müqavimət göstərmələri üçün səfərbər edilməsinə əsaslanan düzgün strategiya yeridir. Lakin, hava hücumları və ya digər ağır tətbiqlər günahsız mülki şəxslərin həlakına səbəb olur və bununla da İŞİD terror xəvaric qruplaşmasının səbəb olmaq istədiyi anti-amerika hisslərini daha da qızışdırır. Əgər ABŞ və onun regional müttəfiqləri seçilmiş hədəflərə havadan ehtiyatla zərbə endirsələr, quruda isə yerli Sünni qruplaşmalara İŞİD terror xəvaric qruplaşmasına qarşı müqavimət göstərmək imkanı yaratsalar, çox güman ki, bu strategiya qruplaşma və onun Sünni icmasında ağırlıq mərkəzi arasında ədavətə səbəb olacaq. Bu, məhz ABŞ-ın 2006-cı ildə İraqın Anbar əyalətində uğurla həyata keçirərək İraqda “əl-Qaidənin” belini effektiv şəkildə qıran strategiyadır.
Müsəlmanların İŞİD terror xəvaric qruplaşmasının taktikalarını qəbul etmədiyini nəzərə alsaq, bu cür strategiyalar xüsusilə dağıdıcı təsir göstərəcək. Çünki bu təkcə Qərb ölkələrində baş vermir: aylarla pis rəftara məruz qalmış Sünni qəbilələri də İŞİD terror xəvaric qruplaşmasının əleyhinədir. Bəziləri isə hətta ABŞ-ın ümid etdiyi kimi qruplaşmaya qarşı hərbi əməliyyatlara başlayıb.
Qəribə təsadüfdür ki, İŞİD-in insanların başını kəsməklə özünü reklam etməsi, həm də onun özünün məhvə məhkum olduğunun göstəricisidir. Lakin, bu strategiya bizə düzgün izah olunmayıb. Bunun əvəzində bizə deyilib ki, İŞİD terror xəvaric qruplaşması – ən böyük məqsədi Qərbli mülki şəxslərə hücum etmək olan dini terrorçu qruplaşmadır. Guya qruplaşma qərbdən və digər ölkələrdən əcnəbi döyüşçüləri cəlb edir və ABŞ kimi kafir ölkələrində mülki vətəndaşları öldürmək üçün onlara təlim keçir. Bəziləri İŞİD terror xəvaric qruplaşmasına ağına-bozuna baxmadan günahsız insanlara qarşı zorakılıq tətbiq edən “mənfur”, “barbarlar” adlandırır. Bu fərziyyələr Qərbin qəzəbinə səbəb olur. “Xeyirin şərə qarşı mübarizəsi” konsepsiyası Birləşmiş Ştatlarda onsuz da din və zorakılıq haqqında mövcud olan yalnış təsəvvürləri daha da dərinləşdirir. 2013-cü ildə keçirilmiş sorğunun nəticələrinə əsasən, amerikalıların 42%-i islam dininin “digər dinlərdən daha çox ona etiqad edən möminləri zorakılığa təşviq edir”.
Bəlkə də amerikalılar düşünür ki, vəhşi və barbar İŞİD terror xəvaric qruplaşması digər əxlaq normaları çərçivəsində fəaliyyət göstərməlidir. İslamçı ekstremist qruplaşmanın üzvləri İslamın özlərinə məxsus radikal təfsirini icra edirlər. Və bu yerdə hər şey aydın olur: İŞİD terror xəvaric qruplaşmasının İslamı özünəməxsus şəkildə təfsir etməsi onların zorakı rəftarının izahıdır.
1982-ci ildən bəri uzun illərdir ki, Çikaqo Təhlükəsizlik və Terrorçuluq Layihəsi (CPOST) bütün dünyada – Əfqanıstan, Hindistan, İraq, İsrail, Livan, Pakistan, Rusiya, Somali, Şri-Lanka, Suriya, Türkiyə, Özbəkistan və digər ölkələrdə baş vermiş intihar hücumlarını araşdırmışdır. Qruplaşmaların motivlərini və davranışlarını dəyərləndirmək üçün mühüm vasitə olan bu araşdırmanın nəticələri belədir: demək olar ki, bütün intihar hücumlarının, hətta İŞİD terror xəvaric qruplaşması kimi dini hərbi qruplaşmaların təşkil etdiyi intihar hücumlarının motivləri siyasi səciyyə daşıyır.
Bəs İŞİD terror xəvaric qruplaşmasının siyasi məqsədi nədir? İŞİD terror xəvaric qruplaşması ilk növbədə İraq və Suriya ərazilərində sünnilərin de-fakto suverenliyini bərqərar etmək istəyir. Buna nail olmaq üçün, qruplaşma sünnilərin ərazilərini qeyri-qanuni şəkildə zəbt etdiklərinə inandıqları şiə məzhəbinə məxsus İraq və Suriya hökumətlərini məğlub etmək istəyir. Odur ki, İŞİD terror xəvaric qruplaşması polis məntəqələri və hərbi bazalar kimi şiə hökumətinin idarə etdiyi hədəfləri nişana alır və su və neft kimi təbii ehtiyatların mənbələrini nəzarət altına almağa çalışır. Çünki dövlətin qurulması üçün məhz bunlar lazımdır.
Tarixdə strateji baş kəsmə aktları
İŞİD terror xəvaric qruplaşması iki amerikalı jurnalistin, iki Britaniyalı humanitar yardım işçisinin və naməlum sayda Suriya əsgərlərinin başını kəsməklə dünyanı sarsıtdı. Lakin bu terrorçu təşkilat siyasi səbəblərdən insanların başını kəsən ilk qruplaşma deyil.
Müqəddəs Con Baptist (Vəftizçi İohann)
Xristian rəvayətlərinə əsasən, Herod II qardaşı qızı Salomenin anası olan Herodiasla evliliyini ifşa edən xristian təbliğatçısı Con Baptistin başını kəsib (Herodias həm Herodun qardaşı qızı olub, həm də əvvəllər Herodun qardaşı ilə evli olub). Herod nüfuzlu dini lideri edam etməyindən çox məmnun olub. Onun başı kəsildikdən sonra, Salome Conun başını siniyə qoyaraq anasına göndərir. Karavacconun “Edam” adlı məşhur rəsm əsərində məhz bu səhnə təsvir olunub.
Qrayfenze əsgərləri
1444-cü ilin may ayında, İsveçrənin sələfi olan Qədim İsveçrə Konfederasiyası qiyamçılar şəhəri olan Qrayfenzeni ələ keçirir. Konfederasiya qoşunları gələcək rəqiblərə dərs olsun deyə düşmən qoşununundan qalan 64 nəfərdən 62-nin başını kəsirlər. Bu hadisə 16-cı əsr İsveçrə illüstrasiya edilmiş salnaməsində təsvir edilib.
London Körpüsü
XVII əsrdə gələcək fəsadçılara və canilərə dərs olsun deyə, satqınların və cinayətkarların kəsilmiş başları London Körpüsünün sütunlarına keçirilərək insanlara nümayiş etdirilirdi. Londonda “Başların mühafizi” adlanan bir nəfər bu qanlı təbliğatı icra edir, az sonra isə başlar quşlara yem olurdu (Uilyam Şekspirin iki uzaq qohumu Con Somervil və Edvard Ardenin başlarının Şekspir şəhərə gəldiyi gün körpüdə nümayiş etdirildiyi bildirilir). Bu hadisələr Klaes Van Visşerin əsərində təsvir olunub.
Mariya Antuanetta
1793-cü ildə, Fransa inqilabının başlanmasından 4 il sonra Fransa Kraliçası Mariya Antuanetta dövlətə xəyanətdə ittiham edilmişdir. 1793-cü il oktyabr ayının 16-sı onun saçları kəsilmiş və Antuanetta İnqilab meydanına aparılmazdan əvvəl Parisin küçələrində gəzdirilmişdir. Daha sonra onu İnqilab meydanına gətirirlər və insanların önündə gilyotinlə onun başı kəsilir. Mariya Antuanetta inqilabda başı kəsilmiş zadəganlardan yalnız biri idi. Onun edamından bir neçə ay sonra, inqilabın lideri Maksimilian de Robespyer öz məşhur ifadələrini qələmə almışdır: “Əgər sülh dövründə xalq hökumətinin hərəkətverici qüvvəsi yaxşılıq olursa, inqilab dövründə həmin hökumətin hərəkətverici qüvvəsi həm yaxşılıq, həm də terror olur”.
Yaponiya imperiyası
Yapon samurayları təkcə düşmənləri deyil, həmçinin qorxaqcasına döyüşdən qaçmış əsgərlərin də başını kəsirdilər. XIX əsrin sonlarına qədər tətbiq edilmiş digər amansız cəza isə nokogiribiki idi. Qurbanı boğazına qədər diri-diri torpağa basdıraraq onun başını bambukla yavaş-yavaş kəsirdilər. Bir feodalı öldürməyə cəhd etmiş samuray məhz bu yolla öldürülmüşdür. Şəkildə Yaponiya-Çin müharibəsi zamanı çinli əsgərlərin başının kəsilməsi təsvir edilib.
Müəlliflər: Robert Peyp – Çikaqo Universitetinin siyasi elmlər üzrə professoru və Çikaqo Təhlükəsizlik və Terrorçuluq Layihəsinin direktoru.
Maykl Rouli – Çikaqo Təhlükəsizlik və Terrorçuluq Layihəsinin icraçı direktoru Sara Morell – Çikaqo Təhlükəsizlik və Terrorçuluq Layihəsi üzrə elmi işçisi.